http://s2.uploads.ru/t/cg0VH.jpg

Bu gün dünyanın qadınlar qarşısında baş əydiyi gündür.

Bu gün Benəlxalq Qadınlar Günüdür!

Hamının varlığı sizə borcludur.

Sizləri 8 mart beynəlxalq qadınlar günü münasibəti ilə LeGenD.aZ

kollektivinin oğlanları adından səmimi qəlbdən təbrik edirəm!

Daima gözəlliyinizi qoruyub saxlamağı və diqqət mərkəzində qalmağınızı arzulayıram!

Bəzi şeylər sevilir çünki onlar dəyərlidir, bəzi şeylər dəyərlidir çünki onlar sevilir.

Qadınlar hər ikisinə layiqdir.

Fədakarlıq, Sevgi, Səbr və gözəllik nədir? deyə soruşarlarsa, Qadındır deyərəm.

Qadınlara həsr olunan bu möhtəşəm 8 mart bayramında

qoy məhəbbət qəlbinizdən, təbəssüm üzünüzdən,

sevinc gözlərinizdən əksik olmasın!

Xanımlar olmasaydı biz kişilərin həyatda yaşam səbəbi olmazdı,

nə yaxşı ki sizlər varsınız..

Sizin sevginizlə yaşayırıq..

Bütün subay xanımlara gözəl sevgi və ailə həyatı ,

evli ailə xanımı olanlara isə möhkəm və daimi ailə səadəti arzulayırıq!