Виктор Гюго - "Отверженные"

Viktor Hüqo

Səfillər

https://yazarkesh.files.wordpress.com/2011/10/sefiller-1-194x300.jpg

nk
1815-ci ildə Şarl-Fransua-B’envenü Miriel Din Şəhərinin yepiskopu idi. Miriel yetmiş beş yaşında bir qoca olub, 1806-cı ildən bəri Dində yepiskopluq taxtında əyləşmişdi.
Cənab Mirielin yeparxiyaya gəlməsi ilə doğan bütün dedi-qoduların danışacağımız əhvalat üçün heç bir cəhətdən əhəmiyyəti olmasa da, hər şeyi dürüst anlamaq üçün bunları qeyd etmək, bəlkə də, faydasız deyildir. Adamların yaydıqları şaiyələr həqiqət, yaxud yalan da olsa, hər halda, insanın həyatında, xüsusən, onun sonrakı taleyində, onun öz əməlləri qədər əhəmiyyətli rol oynayır. Cənab Miriel Eks də məhkəmə palatası müşavirinin oğlu idi və, deməli, məhkəmə aristokratiyasına mənsub idi. Belə deyirdilər ki, onun atası öz vəzifəsini irsən oğluna vermək istədiyindən məhkəmə məmurları arasında çox yayılmış olan bir adət üzrə onu çox tez, on səkkiz-iyirmi yaşında ikən evləndirmişdi. Lakin şaiyələrə görə, Şarl Miriel evlənəndən sonra da bir çox dedi-qodulara səbəb olmuşdu. O, boyu bir az qısa olsa da, təndürüst, zərif, çevik, zəkalı bir gənc idi, ömrünün birinci yarısını bütünlüklə kübar həyatına və eşq macəralarına sərf etmişdi.



Читать книгу:

Скрытый текст:

Для просмотра скрытого текста - войдите или зарегистрируйтесь.