Эдгар Аллан По - «Убийство на улице Морг»
Edqar Allan Po
Morq Küçəsində Qətl
Dəniz pəriləri necə mahnılar oxudular, yaxud Axilles qadınlar arasında gizlənəndə özünə hansı adı
uydurdu — bunlar dolaşıq suallardır və burada nə isə bir müəmma var.
Ser Tomas Braun
Insan zəkasının həyat hadisələrini təhlil etmək qabiliyyəti az öyrənilir. Biz insanın qabiliyyətinə
yalnız gördüyü işin nəticəsinə görə qiymət veririk. Məlumdur ki, qeyri-adi istedadlı bir adam üçün
təhlil etmək bacarığı əsl həzz mənbəyidir. Güclü adam qüvvəsiylə qürrələnib, əzələlərini işlətməyə
vadar edən təmrinlərdən ləzzət aldığı kimi, analiz edən şıxs də mənəvi fəaliyyətində dolaşıqları
açması ilə öyünür, onun istedadını fəaliyyətə gətirən ən əhəmiyyətsiz məşğuliyyətindən həzz alır. O,
tapmacalar, müəmmalar və başsındırmaların vurğunudur. Çətin məsələlərin həllində müəyyən
bacarıq nümayiş etdirir. Bu da adi zəka sahibi üçün az qala qeyri-təbii görünür. Məhz müəyyən
metod sayəsində bu cür keyfiyyət başqalarına bəşər övladının duyma qabiliyyətinin möcüzəsi
təsirini bağışlayır..
Читать книгу: