Məhkumlar / Обреченные

right

Год выпуска: 2007
Страна: Azərbaycan
Жанр: Dram     Detektiv    Müəmma    Məhəbbət
Продолжительность: 91,5 dəq.
Перевод: Отсутствует

Режиссер: Mehriban Ələkbərzadə

В ролях:
Sevinc Əlişova-Leyla
Ramil Zeynalov-Eldar
Nurəddin Mehdixanlı-Ənvər
Kəmalə Hüseynova-Əzizə
Rafiq Əliyev (II)-Müstəntiq
Mehriban Xanlarova-Aybikə Xasməmmədova
Ramiz Novruz-Mayor
Yelena Şetinkina-Tanya
Tariyel Qasımov-Vidadi həkim
Nəcibə Hüseynova-Leylanın anası
Sadıq Əhmədov-Müfəttiş
Ramiz Məlikov-Cəfər həkim
Ayşad Məmmədov-Leylanın dayısı
Şahin Cəfərov-Leytenant
Elşən Rüstəmov-Ramiz Hüseynov
Ü. Mustafayeva
Məhərrəm Musayev-Satıcı
Şirin Nəzərova-Leylanın bacısı
A. Rüstəmov
Sabir Məmmədov-Leylanın atası
Gülər Nəzərova-Leylanın bacısı

Описание: Filmdə Umbakı qəsəbəsində yerləşən və yalnız Qafqazda olan "Cüzam" xəstəxanasının sakinlərindən bəhs olunur. Əsərdə bu xəstəliyə yoluxmuş insanların cəmiyyətə qaynayıb-qarışması üçün şərait yaradılmasının zəruriliyi vurğulanmışdır.
Əslində hadisələr real həyatdan götürülsə də, film sivil dünyanın hətta əlacsız xəstəliklərə məruz qalmışların xilası naminə onlara insani münasibət qurmaq, bu insanlarla cəmiyyət arasındakı səddin sökülməsi, onlara mərhəmət və qayğı oyatmaq məqsədi daşıyır. Bu film səhiyyənin təhlükəsizlik qanunlarına əsasən cəmiyyətdən təcrid olunan insanların sağ ikən yaxınları üçün itirilməsinə üsyandır. Filmin əsas qayəsi budur ki, nə qədər cəmiyyətdə insanlara bir-birindən fərqli münasibət var, xilas mümkün deyil.
Onlar elə bir bəlaya düçar olublar ki, dustaqlara, əsirlərə həsəd aparırlar. Çünki onlar yaşadıqları halda yaxınları, əzizləri üçün artıq yoxdurlar. Cəmiyyət onlarla üzləşmək belə istəmir. Onlar öz dərdlərini özləri çəkməlidirlər. Dərd isə çarəsiz, ümidsizdir. Söhbət cüzam xəstəxanasının sakinlərindən gedir. Cüzam irsən keçən xəstəlikdir. Əgər kimsə buna düçar olubsa, onun hansısa bir nəslində bu zühur oluna bilər. “Məhkumlar” filminin qəhrəmanı Leylanın (Sevinc Əlişova) başına gəldiyi kimi. Atası (Sabir Məmmədov) onun xəstəliyinin çarəsini tapa bilmədiyindən bu dərdə dözməyib erkən vəfat etmiş, anası isə (Nəcibə Hüseynova) onu Umbakıda yerləşən xəstəxanaya atmışdır. Hətta ailələrində olan digər iki qızın adını qorumaq üçün hamıya onun ölmüş olduğunu bildirib, özləri isə Leylanı birdəfəlik unutmuşlar. Leyla üçün dünya Moskva Tibb Universitetinin tələbəsi Eldarın (Ramil Zeynalov) bu xəstəxanaya təcrübəyə gəlişi ilə başlayır. Eldar Leylanı sevir. Bütün qohumlarının, yüksək vəzifəli atasının iradəsinin əksinə olmuş olsa belə.(Ədəbiyyat Qəzeti, 18 may 2007). Lakin atalar demişkən: Sən saydığını say, gör fələk nə sayır...

Скриншоты:
http://s40.radikal.ru/i087/1103/0a/35518ad3ffcc.jpg

скачать торрент Məhkumlar / Обреченные