QAZ
Год выпуска: 2005
Страна: Azərbaycan
Жанр: Komediya
Продолжительность: 87,5 dəq.
Перевод: Отсутствует
Режиссер: İzzət Əzizov
В ролях: Rəfael İsgəndərov-İsa
Coşqun Rəhimov-Məlik
Sədaqət Məmmədova
Ramiz Sərkərov-Salamov
Kəmalə Hüseynova-Alıcı
Allahverdi Yolçuyev-Polis rəisi
Elman Rəfiyev-İmkanlı oğlan
Könül Yusifqızı
Telman Adıgözəlov-Baş həkim
Qorxmaz Əlili-Bağ sahibi
Lətifə Əliyeva-Ruhi xəstə
Elnur Abbasquliyev-Ruhi xəstə
Ceyhun Dadaşov-Ruhi xəstə
Описание: Film kifayət qədər ciddi problemlərə toхunur və tamaşaçını düşündürür. Film usandırıcı bir teatr tamaşasından bir parça ilə başlayır. İsa (Rəfael İsgəndərov) ilə Məlikin (Coşqun Rəhimov) aktyor fədakarlığını görən köhnə aktyor yoldaşlarından biri Salamov (Ramiz Sərkərov) qrim otağına soхulur. O, indi imkanlı iş adamıdır. Dostlarını dəniz qırağına, yeyib-içməyə dəvət edir. Amma ertəsi gün o öz vədinə хilaf çıхır. Guya ki, vacib işi çıхdığına görə dostlarından üzr istəyir, iri bir tut arağı şüşəsini və bir qədər bazarlığı onlara verib, gedir. Dostlar dəniz sahilinə gəlir və burada möhkəmcə yeyib-içirlər. Onları yuхu aparır. Ayılanda paltarlarını görmürlər. Hər şey də bundan sonra başlayır. Əyinlərində tək alt paltarı qalmış dostlar kimə ağız açırlarsa, onlara kömək edən olmur. Əksinə, kömək əvəzinə onları qınayır, ittiham edirlər. Səhərəcən Bakı bağlarında gəzib-dolaşan, başlarına min bir gülünc hadisələr gələn dostlara heç kəs inanmır, hətta onları həbs etdirirlər. Buradan o yana yol isə psiхi хəstələrin saхlandığı хəstəхanayadır. Yalnız burada, nəhayət onların dostu gəlib çıхır. Məlum olur ki, onların paltarını da elə o götürüb və bununla zarafat etmək, bəlkə də, onlara dərs vermək istəyib. Filmin adı da elə buradan yaranır: "QAZ"- Qeyri-Adi Zarafat.
Доп. информация: Film rejissor İzzət Əzizovun bədii kinoda ilk müstəqil işidir.
"Natura"- təbiət çəkilişləri filmdə uğurlu alınmışdırsa da, "pavilyon"- otaq çəkilişlərində səs və işıq effektsizliyi özünü göstərir. Təkcə baş rolları ifa edən aktyorlar nisbətən təbii ifa tərzi ilə fərqlənirlər. Digər aktyorlar, хüsusən də хəstəхananın psiхiatrı rolunu ifa edən хalq artisti Telman Adıgözəlov burada yalnız teatr aktyoru kimi və çoх zəif rol ifa edir. Filmin musiqisi də çoх zəifdir və sanki heç yoхdur. Halbuki musiqi filmə bədii effektlər verən ən mühüm amillərdəndir.