Форум Азербайджанских жен AZ-love.ru

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.


Вы здесь » Форум Азербайджанских жен AZ-love.ru » Фонетика азербайджанского языка » Тексты для чтения на азербайджанском языке


Тексты для чтения на азербайджанском языке

Сообщений 1 страница 8 из 8

1

Парочка пословиц-поговорок на азербайджанском с переводом и разбором.

Abbasıdan beş şahı cıxardır.
Из одного аббаси пять шахи вынимает.
abbası – аббаси, двугривенник (1 аббаси = 4 шахи); beş – пять; şahı – шахи, пятак, медная монета; çıxarmaq – вынимать, извлекать.

Abbasını bəyənməyin beş şahı cıxardar.
Кому не нравится аббаси, пусть вытащит пять шахи.
abbası – аббаси, двугривенник (1 аббаси = 4 шахи); bəyənmək – облюбить, находить хорошим, подходящим, достойным; beş – пять; şahı – пятак, медная монета; çıxarmaq – вынимать, извлекать.

Aqilə bir işarə bəsdir.
Умному одного намека хватает.
aqil – мудрый, умный; bir – один; işarə – намек; bəs – достаточно, довольно.

Ağ it, qara it, ikisi də köpəkdir.
Белая собака, черная собака – оба псы.
ağ – белый; it – собака; qara – черный; ikisi – оба; də – тоже; köpək – собака.

+1

2

Бременские музыканты
http://photoload.ru/data/18/7d/f2/187df28d558f25a18507ba287ce90f5d.jpg
Dörd Xanəndə – Children’s Story
Автор: Alman Nağili
Год: 1996
Страниц: 9
Формат / Качество: отсканированная книга в PDF / Хорошее
Размер: 638 KB

скачать

0

3

Тексты для чтения на азербайджанском языке

+2

4

Bir gün bir turist Afrikaya gəlir. Görür yerli qəbilədən birisi fildən enib onun boğazındakı ipi kiçik bir dirəyə bağlayır. Turist yanındakı tərcüməçidən soruşur:
- Nəyə görə fili dirəyə bağladı ki? Fil həmin dirəkdən 10 dəfə böyükdür. Bircə dəfə dartsa dirəyi kökündən çıxara bilər. Dirək məndən də kiçikdir ki, elə mən də onu qoparardım.
Tərcüməçi özü də təəccüblənir. O da dirəyin nə qədər nazik və davamsız olduğunu görüb bunu qəbilə adamından soruşur. Qəbilə adamı yaxınlaşıb fili sığallayır sonra isə deyir:
- Bu fil balaca olanda mən onu bu dirəyə bağlayırdım. Balaca olanda, o illərlə bu dirəyi dartıb yerindən qoparmağa çalışırdı. Amma o vaxtlar çox balaca idi, dirəyi qoparmaga gücü çatmırdı. Indi güclüdür, bircə dəfə dartsa dirəyi yerindən qopara bilər. Amma o, taleyilə çoxdan barışıb. Artıq inanıb ki, bu dirəyi qoparmaq olmur. Mən də onu rahatca bağlayıb gedə bilirəm.

+1

5

Азербайджанские детские сайты, где есть небольшие тексты и сказки на азербайджанском языке.

http://www.oyren.org/nagil.html
http://baladili.ws/index.php?id=51
http://www.balalar-az.com/e-lib/nagillar

Cik- cik xanım

http://s41.radikal.ru/i094/1110/20/ece38870af90.jpg

Biri var idi, biri yox idi, bir sərçə var idi. Adı Cik-Cik xanım idi. Bir gün Cik-Cik xanım bu qaratikan kolundan, o birinə qonub cik-cik eləyirdi.
    Birdən Cik-Cik xanımın ayağına tikan batdı, nə qədər əlləşdi, çıxara bilmədi. Gözlərinin yaşını töküb ağlamağa başladı.
    Qarı nənə onu görüb soruşdu:
    -Ay Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, niyə ağlayırsan?
    Cik-Cik xanım ağlaya-ağlaya qarı nənəyə cavab verdi:
    -Ay qarı nənə, ayağıma tikan batıb, qanayıb, gəl çıxart!
    Qarı nənə Cik-Cik xanımın ayağından tikanı çıxarıb təndirə atdı.
    Cik-Cik xanımın kefi duruldu. Bir o yana, bir bu yana uçub dedi:
    -Qarı nənə, mənim tikanımı qaytar!
    Qarı nənə dedi:
    -Haradan alım, atdım təndirə, yandı.
    Cik-Cik xanım dedi:
    -Mənə nə borc, tikanımı ver! Verməsən, çörəyini götürüb qaçaram.
    Qarı nənə güldü.
    Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, Qarı nənənin çörəyini götürüb qaçdı.
    Cik-Cik xanım göy ilə uçurdu, gördü yerdə bir çoban qoyun sağır. Yerə qondu, çobana tərəf gəlib dedi:
    -Bərəkətli olsun, çoban qardaş! Çörək gətirmişəm, al, südə doğra, ye!
    Çoban çörəyi aldı, çanağına doğradı, üstünə də süd töküb dedi:
    -Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, gəl sən də ye.
    Cik-Cik xanım cavab verdi:
    -Mən toxam, yemirəm, özün ye.
    Çoban çörəyi yeyib qurtardı.
    Cik-Cik xanım qanadlarını yellədib dedi:
    -Ay çoban qardaş, mənim çörəyimi ver, gedirəm.
    Çoban dedi:
    -Çörəyini haradan alım? Yedim, getdi.
    Cik-Cik xanım dedi:
    -Mənə nə borc yedin. Çörəyimi ver, yoxsa qoyununu götürüb qaçaram!
    Çoban gülüb dedi:
    -Ay Cik-Cik xanım, nazlı xanım, məndə nə günah var ki, qoyunumu aparasan? Çörəyi özün verdin, mən nə dedim.
    Cik-Cik xanım dedi:
    -Gör indi sənin başına nə oyun gətirəcəyəm?
    Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, çobanın qoyununu götürüb qaçdı. Çoban qışqırmağa başladı:
    -Ay aman, ağam məni öldürəcək!
    Cik-Cik xanım caynağında qoyun uçurdu, gördü ki, bir dəstə atlı gəlir, onlara yaxınlaşıb soruşdu:
    -Ay qardaşlar, hara gedirsiniz?
    Atlılar cavab verdilər:
    -Cik-Cik xanım, nazlı xanım, gedirik padşaha gəlin gətirək.
    Cik-Cik xanım uçub padşahın qapısına qondu, qoyunu xidmətçilərə verib dedi:
    -Alın, padşahın toyuna gətirmişəm.
    Cik-Cik xanım içəri girib yuxarı başda əyləşdi.
    Xidmətçilər qoyunu kəsib, kabab bişirdilər, qonaqlara payladılar.
    Qazı ilə Cik-Cik xanıma da bir qabda kabab qoydular. Qazı tez-tez yeyib Cik-Cik xanımı ac qoydu.
    Cik-Cik acığa düşüb padşaha dedi:
    -Mənim qoyunumu ver!
    Dedilər:
    -Qoyunu yemişik, qurtarıb gedib.
    Cik-Cik xanım dedi:
       -Onu-bunu bilmirəm, qoyunumu verirsiniz, verin, vermirsiniz, gəlininizi aparacağam!
    Hamı güldü.
    Cik-Cik uçub çəpərin üstünə qondu, gözlədi.
    Gəlini zurna-balaban çala-çala gətirdilər. Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, gəlini atın üstündən alıb qaçdı.
    Padşah bir başına döydü, bir gözünə, ağladı.
    Cik-Cik xanım gəlini hündür bir ağacın dibində yerə qoydu, gördü ki, ağacın kölgəsində bir aşıq saz çalır.
    Cik-Cik xanım dedi:
    -Salam əleyküm, ay aşıq qardaş, gəl gəlini verim sənə, sən də sazı ver mənə.
    Aşıq sevinib dedi:
    -Ay Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, səndən mən heç bir şey əsirgəmərəm. Al sazı!
    Cik-Cik xanım sazı aldı, gəlini verdi.
    Aşıq gəlini götürüb evinə apardı. Cik-Cik xanım ağacın gölgəsində oturub, sazı dınqıldatmağa başladı.

    Tikan verdim, çörək aldım,
    Dınqıl sazım, dınqıl sazım.

    Çörək verdim, qoyun aldım,
    Dınqıl sazım, dınqıl sazım.

    Qoyunu verdim, gəlin aldım,
    Dınqıl sazım, dınqıl sazım.

    Gəlini verdim, bir saz aldım,
    Dınqıl sazım, dınqıl sazım.

Elə o gündən bəri Cik-Cik xanım ömrünü saz çala-çala, toy-nağara ilə keçirir.

0

6

En varli cavan
Biri vardı, biri yoxdu, bir padşah vardı, padşahın gözünün ağı-qarası bir qızı vardı. Şah qızını çox istəyirdi. Qız da adi qız deyildi, sehrli qızdı, yaşının az olmasına baxmayaraq, quşların, heyvanların dilini bilirdi. Ağıllı, kamallı, hər şeydən başı çıxan, özü də gözəl-göyçək qızdı.
Bir gün şah qızını da götürüb dəniz səyahətinə çıxmışdı. Birdən şah qızı gördü ki, iki qağayı gəminin üstündə dövrə vurub oxuyurlar.
Qız onlara qulaq asan kimi rəngi dəyişdi, oldu ağappaq. Yaylığını başından açıb quşları qovmağa başladı:
- Uçun, gedin burdan, bədxəbər quşlar!
Şah həyəcanla qızından soruşdu:
- Onlar nə danışdılar ki, rəngin saraldı?
- Ata, onlara fikir vermə!
- Yox, qızım, gəl məndən heç nəyi gizlətmə! Quşların nə danışdığını mənə de!
Ata nə qədər dedisə, şahzadə quşların nə danışdığını ona demədi. Axırda şahın çox bikef olduğunu görən qız sirri açmağa hazırlaşdı. Amma araya yemək gəldiyindən qız fikrini dəyişdi:
- Ata, mən səni dünyalar qədər istəyirəm, amma gəl yeməyimizi yeyək, sonra quşların nə dediyini bildirim. Şah razılaşdı.
Şah və qızına nahar yeməyi üçün balıq bişirmişdilər. Elə təzəcə balıqdan bir tikə ağızlarına
qoymuşdular ki, şah qızı boğulmağa başladı:
Özünü şaha təqdim edib dedi:
- Şah sağ olsun, gəlmişəm qızını sağaldam!
- Kimsən sən?
- Mən dünyanın ən kasıbı və eyni zamanda ən varlısıyam!
Şah inanmadı:
- Bu necə olur ki?
- Mənim varım, dövlətim həmişə yanımda olur.
Gənc cibindən bir şüşə dərman, iynə, çəkic və çömçə çıxarıb dedi:
- Qulaq as, şahım! Mən yaxşı dərzilik öyrənmişəm. İstəsəm sənə elə gözəl, naxışlı xalat tikərəm ki, şah adına layiq, onu alıb əvəzində mənə çoxlu qızıl verərsən. Mən həm də yaxşı dəmirçiyəm. Az bir vaxtda sənə elə qılınc düzəldərəm ki, dünyada elə qılınc bir səndə olar. Həm də aşpazlıq sənətini bilirəm. Az zamanda elə yemək hazırlaram ki, dadından doymazsan. Mən həm də həkimlik öyrənmişəm.
Bu gün mən kasıb bir oğlanam, amma indi sənin qızını sağaldıb dünyada ən varlı bir cavan olacağam. Bunu eşidəndə şah ayağa qalxdı, kasıb oğlana az qala yalvardı:
- Təki qızımı sağalt, istəsən lap şahlığı verərəm sənə.
- Yox, şahım! Mənə heç nə lazım deyil. Təki şahzadə sağalsın. Mən sənətimlə kasıb qalmaram.
Bunu deyib oğlan qızın bağlı göz qapaqlarını azca qaldırıb nəbzini tutdu:
- Mənə iki qaşıq gətirin!
Ona iki qaşıq verdilər. Oğlan qaşıqları birləşdirib kəlbətin formasında qızın boğazına salıb sonra isə birdən çəkdi. İki qaşığın arasında iri balıq sümüyü vardı. Qız asqırıb özünə gəldi. Hamı bu işə məəttəl qaldı. Şah oğlana böyük bir saray bağışladı. Kasıb oğlan bir günün içərisində oldu ən varlı cavan.

0

7

nk

Otuz ildən sonra (M. Zoşenko)

Тридцать лет спустя (М. Зощенко)

http://s002.radikal.ru/i199/1106/56/b47df3ce8c00.jpg

Mən balaca olanda valideynlərim məni çox sevirdilər. Və onlar mənə çoxlu hədiyyə alırdılar. Mən xəstələnəndə isə həqiqi mənada hədiyyələrin içində itib-batırdım. Mən isə nədənsə tez-tez xəstələnirdim. Əsasən parotit, ya da angina ilə. Mənim kiçik bacım Lyolya isə demək olar ki, xəstələnmirdi. O, tez-tez xəstələndiyimə görə mənə paxıllıq edirdi. O deyirdi:

- Baxarsan Minka, mən də nəvaxtsa xəstələnəcəm, onda valideynlərimiz mənə də yəqin hər şey alacaqlar.

Amma acığa Lyolya naxoşlamırdı. Yalnız bir dəfə o stulu buxarının yanına qoyub üstünə çıxanda yıxılıb alnını əzmişdi. O, ah-vay edib inildəyirdi, amma istədiyi hədiyyələrin əvəzinə anamızdan bir-iki şapalaq almışdı. Ona görə ki, stulu buxaranın yanına qoyub ananın qadağan etdiyi kiçik saatı götürmək istəyirdi.

Bir dəfə valideynlərimiz teatra getdilər, Lyolya ilə mən evdə qaldıq. Və biz onunla kiçik stolüstü bilyard oynamağa başladıq. Oyun vaxtı Lyolya ah-uf edib dedi:

- Minka, mən indi bilmədən bilyard kürəciyini uddum. Mən onu ağızımda tutmuşdum, o da boğazımdan qarnıma düşdü.

Bizdəki bilyard kürəcikləri kiçik olsalar da, dəmirdən və olduqca ağır idilər. Mən Lyolyanın belə ağır kürəcəyi udmasından çox qorxdum. Və hönkür-hönkür ağladım, çünki düşündüm ki, onun qarnında partlayış olacaq. Lakin Lyolya dedi:

- Bundan partlayış olmur. Amma xəstəlik çox uzun müddət davam edə bilər. Bu sənin üçün parotit və angina deyil ki, üç günə sağalsın. Lyolya divana uzanıb ah-uf etməyə başladı. Tezliklə valideynlərimiz gəldilər və mən onlara nə baş verdiyini söylədim. Valideynlərimizin qorxudan rəngləri ağardı. Onlar divanda uzanmış Lyolyaya tərəf qaçdılar və onu öpərək ağlamağa başladılar. Anam göz yaşı içində Lyolyadan qarnında nə hiss etdiyini soruşdu. Lyolya dedi:

- Mən hiss edirəm ki, kürəcik mənim içimdə gəzir. Bundan mənim elə gıdığım gəlir ki, mən kakao və portağal istəyirəm.

Ata paltosunu geyinib dedi:

- Çox ehtiyatla Lyolyanı soyundurun və yorğan-döşəyinə qoyun. Mən isə o vaxta kimi həkimə qaçım.

Anam Lyolyanı soyundurmağa başladı, paltar və önlüyü çıxardanda birdən önlüyün cibindən bilyard kürəciyi düşdü və çarpayının altına diyirləndi. Hələ evdən çıxmayan ata son dərəcə qaşqabağını tökdü. O, bilyard stoluna yaxınlaşdı və qalmış kürəcikləri bir-bir saydı. Onlar on beş dənə idi on altıncı kürəcik isə çarpayının altına idi. Ata dedi:

- Lyolya bizi aldadıb. Onun qarınında heç bir kürəcik yoxdur: hamısı buradadır.

дальше

Ana dedi:

- Bu qız qeyri-normaldır, hətta dəlidir. Onun hərəkətini başqa cür izah edə bilmirəm.

Ata bizi heç vaxt vurmurdu, amma indi o, Lyolyanın hörüyündən dartdı və dedi:

- Başa sal, bu nə deməkdir?

Lyolya hönkür-hönkür ağladı və nə cavab verəcəyini bilmədi.

Ata dedi:

- O bizi ələ salmaq istəyirdi. Amma bizi ələ salmaq olmaz Bir il o məndən heç nə almayacaq. Bir il o, köhnə başmaqlarda və sevmədiyi göy paltarında gəzməli olacaq!

Valideynlərimiz qapını çırpıb, otaqdan çıxdılar. Mən Lyolyaya baxanda gülməkdən özümü saxlaya bilmədim. Mən ona dedim:

- Eh Lyolya, valideynlərimizdən hədiyyə almaq məqsədilə belə yalana əl atmaq əvəzinə, sən parotitlə xəstələnməyi gözləsəydin, daha yaxşı olardı.

İndi təssəvür edin ki, otuz il keçib! O vaxtdan, bilyard kürəciyi ilə baş vermiş o kiçik bədbəxt hadisədən otuz il keçib. Bütün bu illər ərzində bir dəfə də olsun bu hadisəni xatırlamamışdım. Ancaq bir az bundan qabaq, bu həkayəni yazmağa başlayanda, mən baş verənlərin hamısını yadıma saldım və bu haqda düşünməyə başladım. Mənə elə gəldi ki, Lyolya valideynlərini heç də hədiyyə almaq məqsədilə aldatmamışdı, onsuz da onun hədiyyələri az deyildi. O, deyəsən onları başqa məqsədlə aldatmışdı.

Bu fikir mənim ağlıma gələndən sonra, mən qatara minib, Lyolyanın yaşadığı Simferopol şəhərinə getdim. Lyolya indi, özünüz təssəvür edin, artıq yaşa dolmuş və ya hətta bir az qoca qadın idi. Onun artıq üç uşağı və sanitar həkim işlyən əri vardı. Və budur, mən Simferopola gəldim və Lyolyadan soruşdum:

- Lyolya, bilyard kürəciyi ilə o hadisə sənin yadındadırmı? Sən bunu niyə etmişdin?

Üç uşağı olan Lyolya qızardı və dedi:

- Sən balaca olanda, kukla kimi gözəl idin. Və səni hamı sevirdi. Mən isə o vaxt artıq böyük və yöndəmsiz bir qız idim. Məhz buna görə mən o vaxt yalandan dedim ki, bilyard kürəciyini udmüşam. Mən istəyirdim ki, məni də sənin kimi sevsinlər, heç olmasa xəstə adama yazıqları gələn kimi.

Və onda mən ona dedim:

- Lyolya, mən məhz bunun üçün Simferopola gəlmişəm.

Mən onu öpüb, bərk qucaqladımvə ona min manat verdim. O, xoşbəxtlikdən ağladı, çünki o mənim hisslərimi başa düşdü və mənim məhəbbətimi qiymətləndirdi. Onda mən oyuncaq üçün onun uşaqlarının hərəsinə yüz manat verdim və onun ərinə - sanitar həkimə üzərində qızıl həriflərlə “Xoşbəxt ol” yazılmış portsiqarımı verdim. Sonra mən kino və konfet üçün onun uşaqlarının hərəsinə daha otuz manat verdimvə onlara dedim:

- Ay səfəh balaca uşaqlar! Mən sizə bunu verdim ki, siz bu, indiki zamanı daha yaxşı yadda saxlayasınız və bundan sonra özünüzü necə aparmağı biləsiniz.

Ertəsi gün mən Simferopoldan getdim və yolda düşünürdüm ki, insanları, heç olmasa yaxşılarını, sevmək və onlara qarşı rəhmdil olmaq lazımdır. Və onlara hərdənbir hədiyyə almaq lazımdır. Onda həm hədiyyə verənin, həm də hədiyyə alanın qəlbində çox gözəl hisslər olur. Bəziləri insanlara heç nə hədiyyə etmirlər, əksinə, onlara xoşagəlməz sürprizlər edirlər. O insanların qəlbi tutqun və iyrənc olur. Belə insanlar arıqlayır, quruyur və əsəb ekzeması ilə xəstələnirlər. Onların yaddaşı zəifləyir və ağlı daralır. Və onlar vaxtından əvvəl ölürlər.

Yaxşılar isə, əksinə, çox yaşayır və gözəl sağlamlıqlarıyla fərqlənirlər.

0

8

nk
Находка (М. Зощенко)

http://booksrate.ru/image/1025.jpg

Bir dəfə mənimlə Lölya konfet qutusu götürüb oraya qurbağanı və hörümçəyi qoyduq. Sonra biz bu qutunu təmiz kağıza bükdük, onu qəşəng lenta ilə sarıdıq və bu paket bizim bağımızın qarşısında panelə qoyduq. Sanki bunu kimsə gedəndə itirdi. Bu paket tumbanın yanında qoyub, mənimlə Lölya bizim bağımızın kolda gizləndik və qəhqəhə ilə boğulanda, nə olacağını gözləməyə başladıq.

Və budur yolçu gedir. Bizim paketimiz görəndə o, əlbəttə ki, dayanır, sevinir və hətta ləzzətdən öz əllərini ovuşdurur. Təbii ki, o konfet qutusunu tapdı, belə veziyyət bu dünyada tez-tez olmur.

Bir qədər nəfəsini dayandırıb, Lölya ilə mən nə olacağını gözləyirik. Yolçu əyildi, paketi götürdü, onu tez açdı və qəşənq qutunu görəndə daha çox sevindi. Və budur, qapaq açdı. Və bizim qurbağanımız qaranlıqda oturmaqdan darıxıb, qutudan yolçunun əlinə sıçradı. O təəccübdən ah edir və qutunu özündən daha uzağa tullayır.

Biz Lölya ilə gülməkdən yaşıl çəmən üzərinə sərildik. Və biz o dərəcədə ucadan gülürdük ki, yolçu bizim tərəfimizə döndü və çəpərin dalında bizi görüb dərhal hər şəyi başa düşdü. Bir anlıqda o çəpərə atıldı, bir nəfəsə onu tullandı və qulaqburması vermək üçün bizim tərəfimizə qaçdı. Biz Lölya ilə daban aldıq. Amma, mən ləkə dili dolaşdım və otun üzərinə uzandım. Və yolçu olduqca çox bərk mənim qulağımı çəkdi. Mən gücü gəldikcə çığırdım. Lakin yolçu mənə iki şapalaq vurub sakitcə bağdan uzaqlaşdı. Çığırtı və səsə bizim valideynlərimiz yüyürüb gəldilər. Qızarmış qulağıma tutub və hıçqıranda, mən valideynlərimə yaxınlaşdım və nə olduğuna şikayət etdim. Mənim anam süpürgəçi ilə yolçuya çatmaq və onu həbs etmək üçün süpürgəçini çağırmaq istəyirdi. Və Lölya artıq süpürgəçi tərəfə qaçmaq istəyirdi. Amma ata onu dayandırdı. Və ona və anaya dedi:

- Süpürgəçini çağırmayın. Və yolçunu həbs etmək lazım deyil. Əlbəttə, Minkanın qulaqlarını cəkdiyi yaxşı deyil, amma yolçunun yerində mən də, ola bilsin, belə edərdim.

Bu sözləri eşidəndə ana ataya çox hirsəndi və ona dedi:

- Sən dəhşətli eqoistsən!

Və bizim Lölya ilə ataya hirsləndik və ona heç nə demədik. Ancaq özüm qulağımı sürtdüm və ağladım. Lölya da ağladı. Və onda mənim anam, məni qucağına alıb, ataya dedi:

- Yolçunu müdafiə etməklə uşaqları göz yaşı tökməyə məcbur etməkdənsə, onların etdiyi nə pis olduğunu başa sal. Mən bunu pis iş görmürəm və hər şəyi sadə uşaq oyuncağı kimi qiymətləndirirəm. Və ata cavabında nə deyəcəyini bilmirdi. O ancaq dedi:

- Uşaqlar böyüyəcəklər və bir zaman bu niyə pis olduğunu başa düşəcəklər.

Və illər keçdi. Beş il keçdi. Sonra on il keçdi. Və nəhayət on iki il keçdi. On iki il keçdi, və balaca oğlandan mən cavan on səkkizyaşlı tələbəciyə çevrildim. Əlbəttə ki, mən bu hadisə haqqında düşünməyə unutdum. O vaxtlarda mənim başıma daha maraqlı fikirlər oyanırdı. Amma bir dəfə belə bir hadisə baş verdi. Yazda, imtahandan sonra, mən Qafqaza getdim. O vaxtda çoxlu tələbə yayda bir iş götürdülər və bir yana gedirdilər. Və mən də özümə qulluğu – qatar kontrolçusu götürdüm. Mən yoxsul tələbəcik idim və məndə pul yox idi. Bəs burada Qfqaza getməyə pulsuz bilet və üstəlik maaş verirdilər. Və bu işi götürüb mən getdim.

дальше

Əvvəlcə, Rostov şəhərində olan idarəyə gəldim ki, orada pul, sənədlər və bilət dəlməsi maşalarını alım. Bizim qatarımiz gecikdi. Və səhər əvəzinə axşam beş saat beşdə gəldim. Mən özüm çamadanımı saxlamağa verdim. Və tramvayda dəftərxanaya getdim. Oraya gəldim. Qapıçı mənə deyir:

- Təəssüflər olsun ki, genc adam, siz gecikdiniz. Dəftərxana artıq bağlıdır. Mən dedim:

- Necə bağlıdır. Mən axı bu gün pul və şəhadətnamə almaq lazımdır.

Qapıçı dedi:

- Hamı çıxıb getdi. Birigün gəlin.

- Necə birigün. Onda sabah gəlsəm daha yaxşı olardı.

Qapıçı yenidən dedi:

- Sabah bayramdır, dəftərxana işləmir. Bəs bir gündən sonra gəlin və hər lazımi şəyləri alın.

Mən küçəyə çıxdım. Və dayandım. Mən nə edecəyimi bilmirəm. Qabaqda iki gün var. Cibimdə pul yoxdur – yalnız üç qəpik qaldı. Şəhər yaddır, məni burada heç kim tanımır. Və mən harada qalacağım məlum deyil. Və nə yeyəcəyim anlaşılmazdır. Mən, mənim çamadanımdan bir köynək yoxsa dəsmalı götürmək üçün və sonra bazarda satmaq üçün, vağzala qaçdım. Amma vağzalda mənə dedilər:

- Çamadan götürməkdən əvvəl, saxlamasına görə pulunu verin, və sonra onu götürün və onunla nə istəyəcəyini edin.

Üç qəpikdən başqa, məndə heç bir olmadı, vəsaxlamasına görə pul verə bilmirdim. Və daha dilxor hisslərdə küçəyə çıxdım. Yox, indi özümü itirməzdim. Bəs o zamanda mən olduqca özümü itirdim. Gedirəm, küçədə haraya olduğu naməlum sallana-sallana gedirəm və dərdlənirəm. Və mən küçədə gedirəm və birdən panelin üsründə görürəm: bu nədir? Kiçik qırmızı plüş pul kisəsidir. Və görünür, boş deyil, pulla ağzınacan doldurmuşdur.

Bir anlıqda mən dayandım. Fikirlər, bir birinin daha sevincli, mənim başımda yanıb söndülər. Mən fikrən özümü qəhvə stəkanı ilə yeməkxanada gördüm. Bəs sonra çarpayının üzərində əllimdə şokolad plitkası ilə mehmanxanada gördüm. Mən pul kisəsi tərəfə addım etdim. Və ona əl uzatdım. Amma bu anda pul kisəsi (yoxsa bu mənə elə gəldi) bir azmənim əlimdən uzaqlaşdı. Mən yenə də əlimi uzatdım və artıq pul kisəsindən yapışmaq istəyirdim. Lakin o yenidən məndən uzaqlaşdı, və dedikcə uzağa çekildi. Heç nə başa düçməyəndə, mən yenə də pul kisəsinə atıldım. Və birdən, bağda çəpərin arxasında, uşaq qəhqəhəsi eşidildi. Və pul kisəsi, sopa bağlanmış, cəld paneldən yox oldu. Mən çəpərə yaxınlaşdım. Bir neçə uşaqlar, hərfi mənada yerin üzərində qəhqəhədən qəşş edirdilər. Mən onların ardınca atılmaq istəyirdim. Və əllə çəpəri yapışdım ki, o tərəfə tullanam. Amma bir anlıqda, çoxdan unudulmuş uşaq həyatımından səhnəcik yada düşdü. Və onda mən olduqca qızardım. Çəpərdən aralandım. Və yavaş-yavaş yeriyib, yoluma davam edərkən ağır-ağır getdim.

Uşaqlar! Həyatda hər şəy keçir. Bu iki gün də keçdilər. Axşam, qaranlıqlaşanda, mən şəhər tərəfə getdim, və orada, tarlada, otun üzərində yatdım. Səhərdə, gün çıxada, oyandım. Üç qəpik girvənkə çörəyi aldım, yedim və su içdim. Və tamam gün axşama qədər şəhərdə əbəs sallana-sallana gəzirdim. Bəs axşamda yenidən tarlaya gəldim və orada gecəni keçirdim. Ancaq bu dəfə pisdir, çünki yağış yağır və it kimi islandım. Ertəsi gün, səhər tezdən mən küçə qapısınının yanında dururdum və dəftərxananın açılmasını gözləyirdim.

Və budur, o açıqdır. Mən çirkli, pırtlaşdırılmış və islaq dəftərxanaya girdim. Məmurlar mənə şübhə ilə baxdılar. Və əvvəlcə mənə pul və sənədləri verməyi istəmirdilər. Amma sonra verdiər. Və tezliklə, mən xoşbəxt və çəfəqli, Qafqaza getdim.

0


Вы здесь » Форум Азербайджанских жен AZ-love.ru » Фонетика азербайджанского языка » Тексты для чтения на азербайджанском языке