У Вас отключён javascript.
В данном режиме, отображение ресурса
браузером не поддерживается
www.az-love.ru

Форум Азербайджанских жен AZ-love.ru

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.


Вы здесь » Форум Азербайджанских жен AZ-love.ru » Тексты азербайджанских песен » Тексты азербайджанских песен


Тексты азербайджанских песен

Сообщений 221 страница 240 из 463

1

Здесь пишем тексты наших любимых азербайджанских песен  :)

Проверить, есть ли здесь текст нужной вам песни, можно здесь

0

221

EVLERİ VAR XANA XANA

Evləri var, ay aman xana xana
Mən kül oldum, ay aman, ay aman, yana yana
Yaylığının yanı buta,
Məni saldın, ay aman, ay aman, yanar oda

Obaları, ay aman oymaq oymaq
Yalan sözdür, ay aman, ay aman, yardan duymaq
Özü gül, ləblərin qaymaq
Yalan sözdür, ay aman, ay aman, yardan duymaq

0

222

Qaragilə

Gəlmişəm otağına, oyadam səni, qaragiləm, oyadam səni.
Nə gözəl xəlq eyləyib yaradan səni, qaragiləm, yaradan səni.
Götürüb mən qaçaram aradan səni, qaragiləm, aradan səni.
Qızıl gül əsdi, səbrimi kəsdi,
Sil gözün yaşın, qaragiləm. Ağlama, bəsdi.

Təbrizin küçələri dolanbadolan, qaragiləm, dolanbadolan.
Sən ki məni sevmədin, get ayrı dolan, qaragiləm, get ayrı dolan.
Nə sənə qız gəhətdir, nə mənə oğlan, qaragiləm, nə mənə oğlan.
Ağac olaydım, yolda duraydım,
Sən gələn yollara, qaragiləm, kölgə salaydım.

0

223

Nazpəri Dostəliyeva - Neyleyim

Qatdi bashimizi sevginin dadi
Oten gunlerimiz soyle hardadir?
Ureye yazildi hicranin adi
Elimden ne gelir, neyleye billem??

Men Seni sevmishem,ozumde bilmeden,
Elimden ne gelir, neyleye billem?
Yashaya bilmerem Seni sevmeden,
Elimden ne gelir, neyleye billlem?

Sen menim elchatmaz mehebbetimsen,
Amandir Sevgilm, goze gelersen..
Hicrana, hesrete dozmeyib, olsem
Elimden ne gelir, neyleye billem?

0

224

Namiq Qaracuxurlu - Bu Mehebbet

Bu ne derttir ne müsibettir ne beladır çekirem,
Üzülür Ümüdlerim tek ecele göz dikirem,
Bizim eşk bahçamızın gülleri soldu ebedi,
Açmayıp gözlerimin yaşını her gün tökürem

Bahıram cavanlara hamı gülür hamı danışır,
Doğrudan maraglıdır hayat gaynıyır garışır,
Ama men cavanlığımı sevgime gurban verirem,
Gara saçlar agarır bel bükülür üz gırışır.

Galıp o ellerinin izleri mende,
Galıp o bal dilinin sözleri mende,
Senin heç yadına düşmeyip o mehebbet indi ,
Galıp o od’ınan alov gözlerin mende .

Göresen heyri nedir men bu geder ah edirem
Bu fani dünyanı dert ocağına benzedirem
Bu ocağın tüstüsi kör edipdi gözlerimi
İndi adımlar ile uçuruma doğru gedirem

Ele bir haldayamki düşünürem çetin düzelim
Yoh heç kimin günahı özümü yıhıpdır öz elim
Eslinde ayrılığı istemirdik heç birimiz
Allah ın gısmetidir gaçmah olmıyır gözelim

Galıp o ellerinin izleri mende
Galıp o bal dilinin sözleri mende
Senin heç yadına düşmeyip o mehebbet indi
Galıp o od’ınan alov gözlerin mende

Hara getsem ,Hara bahs*** hara salsamda nezer
Yene o gül camalın gözlerimin önünü bezer
Düşünende bu hayaldır sen özün uzagdasan
Ahır bu gözlerimin yaşı olur behlü Hezer

Ne üçün mene bu geder zülmeyliyir çarkı felek
Men melek sandığımdan ahır geldi mene kelek
İsdi bir yay gecesi y di o meni terk eledi
Gefleten yağdı yağış koptu tufan esti küleh

Galıp o ellerinin izleri mende
Galıp o bal dilinin sözleri mende
Senin heç yadına düşmeyip o mehebbet indi
Galıp o od’nan alov gözlerin mende

0

225

Nisə Qasımova - Yalvarıram

Bilirdim ki, zalım dünya sevənlərə nəhs baxır
Səni mənim taleyimdən ayırmağa darıxır.
Bir nəğməydi keçib-getdi, yuxumuza girərmi,
Səni məndən alan dünya bir də geri verərmi?

Yalvarıram o yollara izlərini qaytarsın,
Yalvarıram o günlərə gözlərini qaytarsın.
Yalvarıram hər yağışa bu ağrını soyutsun,
Yalvarıram hər nəğməyə həsrətini ovutsun.

0

226

Zeynəb Xanlarova - Dağları duman alanda

Dağları duman alanda,
Gözüm yollarda qalanda,
Yadıma Səni salanda,
Gül yanağım solmasınmı?

gozum yollarda qalanda
yadima seni salanda
gul yanagim solmasinmi?..

Əsən yeller, esen yeller
Sevgilimden mene xeber...

Solanda narin çiçəklər
Gözüm yaşla dolmasinmi?..
dolmasinmi,yar?..

Bu yerlərdən kechmez oldu
Dostçdushmeni sechmez oldu..
Eşqinə and içməz oldu..
Könlüm xarab olmasınmı?..

"Mən niyə baxıram yollara yenə?...
Sən ki bu yollardan dönən deyilsən..
Bir zaman qoymazdın ürəyim yana..
İndi bir dərdimi bilən deyilsən, deyilsən, deyilsən...
İnsan baş çıxarmaz bəzən özündən..
İnciyər dostunun acı sözündən..
Mən çox ağlasam da, Sənin üzündən,
Sən ki, göz yaşımı silən deyilsən.."

Əzən yeller, esen yeller
Sevgilimden mene xeber...

0

227

Şövket Alekberova_Yaqub Zurufchu_Qurban Adına

Qurban adına, bir sal yadına,
Senin oduna, ay gülüm, yandım bilmedin.
Yeter bu husse, seni men herden
Könlüme hemdem, ay gülüm, sandım bilmedin.

Gerek bileydin, deyib güleydin.
Qurban adına, bir sal yadına,
Senin oduna yar, yandım bilmedin.

Ömrümün gülü, ömrümün gülü,
Çiçeqi gülü, ay gülüm, qandım, bilmedin.
Şirin sözünü, alagözünü,
Güler yüzünü, ay gülüm, andım, bilmedin.

Gerek bileydin, deyib güleydin,
Qurban adına, bir sal yadına,
Senin oduna yar, yandım bilmedin.

Nedir bu hicran?
Seni her zaman,
Eziz mehriban, ay gülüm, sandım, bilmedin.
Eller gözeli, meni seveni,
Şu gözelleri, dandım, bilmedin.

Gerek bileydin, deyib güleydin.
Qurban adına, bir sal yadına,
Senin oduna yar, yandım bilmedin.

0

228

Reksane - Hara gelim

Dushirem izine tapa bilmirem
Intizar kor edib daha gormurem
Gozlerim susayib baxishlarina
Hesretle izinin naxishlarina

Men seni gormek istesem
Hara gelim
Konlumu vermek istesem
Hara gelim
Dedimi bolmek istesem hara gelim

Divane olmusham gorenden beri
Gunlerin bir gunu tapacam seni
Gel ozun de mene hardasan indi
Koksunde doyunen ureyisen indi

0

229

Aldatdı məni - Faiq Ağayev

Hardan biləydim, axı hicran qələcək,

Məni sevənin, üzü birdən dönəcək.

Qara qecələr mənim ömrumə bənzər,

Tənhalıq indi qəlbimi üzər.

Sən bilə-bilə, qəlbimə həmdəm oldun,

De, bu sevqilən axı nə tez yoruldun?

Dözə bilmirəm, sənsizlik əzabdır!

Ayrılıq məni haradan tapdı?

Ürək üsyan qoparsa

Bilən deyilsən.

Qəfil çiraqım sönsə qorən deyilsən.

Həsrətdən belə ölsəm

Dönən deyilsən,

Sən məni sevən deyilsən…

Aldatdı məni

Sevirən deyənim.

Aldatdı məni

Mənsiz dözməyənim.

Aldatdı məni,

Kimsə tutdu yerimi…

Ürəkdən sevdiyimi

Aldatdı məni!

0

230

Dönmə geriyə - Faiq Ağayev

Aldamdınsa sənə, məni avam bilmə
İnandımsa bil ki, inanmaram yenə.
Acizliyimə kənardan baxıb gülmə
Get dönmə geri.

Necə sevmişəm elə də unudaram,
Xəyanətin içimdəki könül yaram
Qorxuram səni yenə də bağışlaram!

Odur ki, get, dönmə geri, dönmə geri
Ümidli anlarımın qənimi,
Saflığına inandırma məni.
Get, dönmə geri, dönmə geri
Apar özundə qəmi, kədəri
Unut məni, unut o günlri!

Sevigi dolu bir dünyamı alt-üst etdin,
Ümid verib sonra geri alıb itdin,
Olamağın olmamağından daha çətin
Qet, dönmə geri!

0

231

Gözləyirəm - Azərin

Ürəyimə döz deyirəm
Təkcə səni gözləyirəm
Vallah
Gəl ömrümün sahilinə
Gözləyirəm səni yenə gözləyirəm

Gör nə qədər keçib zaman
sənlə dostluq uşaqlıqdan
Vallah
Çox həsrətəm mən sevginə
Gözləyirəm,səni yenə gözləyirəm

Mən sənsiz olandan
Pərişan gəzirəm
Sən gələn yolları
Sevgi ilə bəzərəm

Sönəcək,bir an sönəcək
Həsrətin günəşi tez sönəcək
Dönəcək,bir an dönəcək
İlk sevgim geriyə dönəcək

Məhəbbətim səndə qalıb,
Bəxtim duman-çəndə qalıb
Vallah
Yoxdur mənə səndən əziz
Dözə bilmir qəlbim sənsiz
Gözləyirəm

İlk məhəbbət büllur işıq
Bir-birimiz üçün yaranmışıq
Vallah
Heç görüşə bilmirik biz
Dözə bilmir qəlbim sənsiz
Gözləyirəm

Mən sənsiz olandan
Pərişan gəzirəm
Yolara baxıram
Həsrətə dözürəm

Sönəcək,bir an sönəcək
Həsrətin günəşi tez sönəcək
Dönəcək,bir an dönəcək
İlk sevgim geriyə dönəcək

0

232

Dostum - Röya

Ən gözəl o gün, sen demə, bir nağıldı görmürəm
Arzular gəzir, arayır səni.
Ən gözəl o gün, bəlkə də, bir ömürdür, bilmirəm...
Sevgidən qalıb, çox üzür məni.

Hər gələn bahar dözmür, ağlayır dəniz
Qəm çəkir günlər bil sənsiz
Nəğmələr yazır qəlbim, hər zaman sənə,
Yol çəkir gözlər bax yenə......

Gəl, mənim gülüm...
Ömür keçir artəq yetər düşünmə gəl...
Gəl, mənim gülüm....
Bu sevgidən ayrı düşüb, üzülmə gəl...

Gəl, mənim gülüm...
Ömür keçir artəq yetər düşünmə gəl...
Gəl, mənim gülüm....
Bu sevgidən ayrı düşüb, üzülmə gəl...

Ən gözəl günü, sən gətir mənə,
Qoy görüm, qəlbim gülsün.
Ən gözəl günü, sən gətir mənə,
Qoy görüm, qəlbim gülsün.

Hər gələn bahar dözmür, ağlayır dəniz
Qəm çəkir günlər bil sənsiz
Nəğmələr yazır qəlbim, hər zaman sənə,
Yol çəkir gözlər bax yenə......

Gəl, mənim gülüm...
Ömür keçir artəq yetər düşünmə gəl...
Gəl, mənim gülüm....
Bu sevgidən ayrı düşüb, üzülmə gəl...

Gəl, mənim gülüm...
Ömür keçir artəq yetər düşünmə gəl...
Gəl, mənim gülüm....
Bu sevgidən ayrı düşüb, üzülmə gəl...

Ən gözəl günü, sən gətir mənə,
Qoy görüm, qəlbim gülsün.
Ən gözəl günü, sən gətir mənə,
Qoy görüm, qəlbim gülsün.

0

233

Duy özümü - Zülfiyyə Xanbabayeva

Gecələrim gündüzlərə qarışıb,
Həyatım sevgi oduyla alışıb.
Bu şirin əziyyətlər Səndən gəlir,
Ay Mənim Sevgilim adlı tanışım!..

Yum gözünü -
Qoy yuxularına gəlim SƏNİN..
Duy özümü...-
Mənim Sənə olan məhəbbətim..

Yuxuların qəhrəmanı Sən oldun,
Sevgi xəstəlik dərmanı-
O da SƏN!
Sənin sabahının günəşi Mən olum
Gecələrin ay parası-
O da Mən!..

Yum gözünü -
Qoy yuxularına gəlim SƏNİN..
Duy özümü...-
Mənim Sənə olan məhəbbətim..

0

234

Zülfiyyə Xanbabayeva - Sənsiz

Bir sevgi negmesinde dondum kule men,
Ayriliq kulekleri .rdi meni.
Baharda hesret qaldim qizil gule men,
Bu intizar sevgiden qopardi meni.

Neqaret

Sen bil ki, men seni yene omur boyu arzularimda her an yashadan seven.
Sen bil ki, men seni yene omur boyu duygularimda her an dushunen seven.

He4 kimse anlamayib duymadi meni,
Bu sevgi hesretinde alishan menem.
Ayriliq sene yaxin qoymadi meni,
Neynim ki, taleyimle barishan menem.

Neqaret

Sen bil ki, men seni yene omur boyu arzularimda her an yashadan seven.
Sen bil ki, men seni yene omur boyu duygularimda her an dushunenseven

0

235

Zulfiyye Xanbabayeva - Son görüş

Bu son gorushdur bir daha sene titrek elimle toxunum,
Son nefesimle bu opushleri .rim dodaglarimnan...
Agladim ichin-ichin yolunu gozlemekden
Sensiz seven ureyi neyleyirem men.
Sensiz,sensizem men bir kelmene mohtacam..
Seni seni sevmekle men ne bileydim ichime dolacaq qeher
Men sene kovrek omrumu verdim .r onu bexshish .r..
Agladim ichin-ichin yolunu gozlemekden
Sensiz seven ureyi neyleyirem men.
Sensiz seven ureyi neyleyirem men.
Sensiz,sensizem men bir kelmene mohtacam

0

236

Məni daha gözləmə  - Zülfiyyə Xanbabayeva

Məni daha gözləmə,
Bu da bir işdir.. doğuldum
Yaşadım dünyada..
Məni daha gözləmə
Gözləmə
Dünyaya gələn gəldiyinə qayıda.

Unutmaram mən,
Unutmaram mən
Səni mən unutmaram...!

Məni daha gözləmə
Gəlib yığılma sən
Görməyən gözlərimə..
Məni daha gözləmə -gözləmə..
Dünyaya gələn gəldiyinə qayıda.

Unutmaram mən,
Unutmaram mən
Səni mən unutmaram...!

Unutmaram mən,
Unutmaram mən
Səni mən unutmaram...!

0

237

Gecə - Zülfiyyə Xanbabayeva

Hər gün vurur aramla saatın əqrəbləri
Hər bir an uçub gedir, dönərmi?
Mavi-qara örpəyi üzünə göylər çəkər
Ayın işığı , qalarmı?

Ömür qısa olsa da can atırıq sevincə
səhərin min dərdin çəkir gecə.

Gecə, məni apar dərdin əlindən, apar gecə.
Gecə, insan itimiş ümidlvrini tapar gecə

Yenə yağır gecə, yağır ulduz yağışı
Ürəyimdə göz yaşı, denərmi?
İki damla yağış bir- birindən seçilir,
İnsan adi sevincin qədrini bilərmi?

Ömür qısa olsa da can atırıq sevincə
səhərin min dərdin çəkir gecə.

Gecə, məni apar dərdin əlindən, apar gecə.
Gecə, insan itimiş ümidlvrini tapar gecə

0

238

Getdi - Zülfiyyə Xanbabayeva

Üzünü çevirib bir dəfə baxdı
Elə bil canımda şimşəklər çaxdı
Ömrümün, günümün bu gözəl vaxtı
Mənim sevincimi apardı, getdi...

Məhəbbət oduda yandırdı məni
Bircə baxışıyla dondurdu məni,
Eşidə bilsəydi könlüm deyəni,
Məndə səadət tapardı, getdi..

Getdi...

Sevən ürəyimi qəmə boyadı..
Bu sevgi bəxtimə qismət olmadı..
Bu dərdli halımı heç soruşmadı,
Soruşsa halıma yanardı, getdi

0

239

Qəlbimə yol - Zülfiyyə Xanbabayeva

Mən yuxusuz qalaram
Mən dənizə baxaram
Ləpələri sayaram
Bir az şərbət süzərəm
Qurtum-qurtum içərəm
Sevgi arzu edərəm

Mən sevgidən bezmişəm
Sevgi qalarmi cavabsız ?
Mən yuxusuz qalmışam
Demək qalmışam çarəsiz

Qəlbinə bir yol taparam
Şamları mən yandıraram
Mən onu ovsunlayaram
Qəlbinə bir yol taparam
Sevgiyə sevgi qataram
Qəlbini mən oyadaram
Çarəsizəm

Gözlərindən öpərəm
Yuxusuna girərəm
Şirin sözlər deyərəm
Onu mən oyadaram
Gözlərinə baxaram
Mən qəlbini alaram

Mən sevgidən bezmişəm
Sevgi qalarmi cavabsız ?
Mən yuxusuz qalmışam
Demək qalmışam çarəsiz

Qəlbinə bir yol taparam
Şamları mən yandıraram
Mən onu ovsunlayaram
Qəlbinə bir yol taparam
Sevgiyə sevgi qataram
Qəlbini mən oyadaram
Çarəsizəm

0

240

Get - Azərin

Gözlərini aç
Gözlərime bax
Son kəs olsada belə
Qelbimi qırmadan get
Gizlətdiyim göz yaşı
Taleyimin qəlb yoldaşı
Get

Sonu yox bu vidanın
Gəl unudaq bu anı
Heç nədən söyləmədən
Get

0


Вы здесь » Форум Азербайджанских жен AZ-love.ru » Тексты азербайджанских песен » Тексты азербайджанских песен