Форум Азербайджанских жен AZ-love.ru

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.


Вы здесь » Форум Азербайджанских жен AZ-love.ru » Тексты азербайджанских песен » Тексты азербайджанских песен


Тексты азербайджанских песен

Сообщений 1 страница 20 из 463

1

Здесь пишем тексты наших любимых азербайджанских песен  :)


Проверить, есть ли здесь текст нужной вам песни, можно здесь

0

2

Aygün Kazımova & Namiq Garaçuxurlu - Sevirəm

A. Bu yolu sən seçmişdin,
Ürəyimə köçmüşdün,
Məni danırsan indi,
Axı sən and içmişdin.

N. Mən öz sevgimi danmıram,
Səndən ayrı dolanmıram,
Hazıram bəyan eləyim,
Səni sevirəm,utanmıram.

De eşitsin bütün aləm,sevirəm,
Səni hərdəm sevirəm,
Daha mən həm sevilib,həm sevirəm,
Səni mökəm sevirəm.
Elə möhkəm sevirəm,
Mən səni möhkəm sevirəm.

A. Əbədi olar əlbət,
Saf olsa bu məhəbbət.
Çalışaq həsrət qalsın
Bu sevgimizə həsrət.

N. Bundan sonra gəzək qoşa,
Məhəbbətlə dolaq yaşa,
Sevgi dolu ömrümüzü
Sədaqətlə vuraq başa.

0

3

Сücələrim

Cip Cip cücələrim
Cip Cip Cip Cip cücələrim
Mənim gəşəng cücələrim
Tükü ipək cücələrim

Cip Cip cücələrim
Cip Cip Cip Cip cücələrim
Mənim gəşəng cücələrim
Tükü ipək cücələrim

Gözləirəm tez gəliniz
Göy çəmənə dincəliniz
Gözləirəm tez gəliniz
Göy çəmənə dincəliniz

Ay mənim cücəlarum
Ay mənim cücələrim
Ay mənim cücəlarum
Ay mənim cücələrim

Mənim göyçək cücələrim
Cip Cip cücələrim
Cip Cip Cip Cip cücələrim
Mənim gəşəng cücələrim
Tükü ipək cücələrim

Cip Cip cücələrim
Cip Cip Cip Cip cücələrim
Mənim gəşəng cücələrim
Tükü ipək cücələrim

Gəlin sizə yemək verim
Mən su verim, çörək verim
Gəlin sizə yemək verim
Mən su verim, çörək verim

Ay mənim cücəlarum
Ay mənim cücələrim
Ay mənim cücəlarum
Ay mənim cücələrim

Mənim göyçək cücələrim
Cip Cip cücələrim
Cip Cip Cip Cip cücələrim
Mənim gəşəng cücələrim
Tükü ipək cücələrim

Cip Cip cücələrim
Cip Cip Cip Cip cücələrim
Mənim gəşəng cücələrim
Tükü ipək cücələrim

Arzum budur, boy atasız
Ananıza tez çatasız
Arzum budur, boy atasız
Ananıza tez çatasız

Ay mənim cücəlarum
Ay mənim cücələrim
Ay mənim cücəlarum
Ay mənim cücələrim

Mənim göyçək cücələrim
Cip Cip cücələrim
Cip Cip Cip Cip cücələrim
Mənim gəşəng cücələrim
Tükü ipək cücələrim

Cip Cip cücələrim
Cip Cip Cip Cip cücələrim
Mənim gəşəng cücələrim
Tükü ipək cücələrim
Cip Cip Cip

0

4

Uran - Məhəbbət, İncəsənət, Ölüm

Bir kasıb rəssamın gözü önündə dostu öldü,
Ağladı, göz yaşı tökdü,ürəyini böldü.
Ölüm ilham verdi, fırçasını rənglə yaşladı,
Heç vaxt çəkmədiyi bir əsəri çəkməyə başladı.
Buladı qanla çəkdiyi ,qəribə əsər,
Fırçası ürəyini kəsər, cəmi bir saat.
İş bitti, sakitləşdi, oldu rahat.
İstədi görsün camaat, çıxartdı əsəri sərgiyə.
Yiyə çıxmaq istədi bir varlı şəxs bu rəsmə,
Satmadı  kasıb rəssam, cavab verdi sərt, kəsmə.
Qəbul etmədi pulu, qəlbi dolu, cibi boş,
Beləcə daha xoş, əliboş ,döndü o evinə.
Zəng etdi sevgilisinə, onun zibil həyatından,
Məhəbbət adlı həyat, məhəbbət adlı həqiqət, dad da var.
Dünya, güya bu aləm təmiz, saf, ideal,
Mənasız sual, ideal nəsə varmı ümumiyyətlə?
Pak niyyətlə səvən rəssamın üzü dəyişdi,
Ürəyi boğazında ilişdi, telefon yerə düşdü,
Biləndə qızı maşın vurub , onun sərgisinə gələrkən,
Yolu keçərkən olub bədbəxt hadisə, nə isə..
Getdi  xəstəxanaya, qoymadılar palataya,
Yazıq qızcığaz həsrətdi anaya, ataya,
Yanına gəlib sevgilisi, kasıb rəssamın birisi,
Həkim dedi,çətin buradan çıxar dirisi,
Son ümid, yaşlı professor, qızı xilas edə bilər,
O,üç saata gələcək, bircə o sağaldacaq,
Ancaq pulsuz əməliyyat tamam qeyri-mümkün,
Sürgün fikirli rəssam, dəli oldu o gün.
Üç saatlıq müddət, gözlər duman, beyin zülmət,
İncəsənət qurban istər, qurban istər məhəbbət!
Əlbət həyat köçmüş dostuna həsr etdiyi
Əsəri sata bilməz, bu heç bir çərçivəyə girməz.
Ölməz əsəri yaratmaq üçün lazımdı ölən insan,
Gözləri görsün, budur rəssamın ilhamı inan.
Qan və ağ kətan, bizləri ucaldan və alçaldan,
Məhəbbət çox zaman məhv edir nə inki olur yaradan.
Budur yolda əli əsə, qoca kişi keçir,
Naümid qalmış rəssam onu qurban seçir.
İçəri girərkən hamı,vurur bədənə və öldürür,
İncəsənətlə məhəbbəti xilas edən gözlər ölüm görür.
Tez ölünü salır blokun birinə, əl durmadan çalışır,
Vaxt keçir, yaş tökülür gözündən içərisi alışır,
Çəkdiyin bitirir, həmin varlıya onu gətirir,
Varlı alır, pul verir, alir rəssam, iki saat itirir.
Cibində pul çatır xəstəxanaya, qızı xilas etsin,
İstəyir həkimə desin pul var, alır başqa cavab:
Yarım saat öncə yaxınlıqdakı binaların birində,
Yaşlı professorun meyitin tapıblar blokun yerində.

(Yaşlı professorun meyitin tapıblar blokun yerində.)
Qıza əlac yox,professor yox, amma pul var,
Rəssam üçün geniş dünya, rəsm kağızı kimi dar!
Havadar olur ona bir ip, istəyir ölsün,
Ölümü bu dəfə gözləriylə deyil, qəlbiylə görsün.
Özünü asmazdan öncə rəssam divarda nəsə cızır,
Həyatından bezmiş insan cəmi üç söz yazır:
"Məhəbbət, İncəsənət, Ölüm"
(Məhəbbət, İncəsənət, Ölüm)

0

5

Uran - Oğlan ol

Oğlan var,üzünə tüpürməmiş heç kəs getməyib,
Oğlan guya qabağından yeməyib.
Döymüyüb zəifin,öyməyib özün,
İçib açarın itirir,arxasında dura bilmir dediyi sözün.
Üzün-gözün görürsən “natural padoş”,
Belələrinə çumo həyatı daha xoş,
Belələrin üstü dolu içi boş,
Belələri daima olub pantovı kruqa qabırğa,qaloş.
Sabunun markası naməlum,çox sürüşkən,
Razborkada ayıran varsa olur döyüşkən.
Məhlədə heç kəs onu adam yerinə qoymur,
Doymur kantovka,kontur yüklənir sonsuz uymur.
İnstitut oxuyur,ali savad qazanır,
Sevdiyi qızla ,az qala bulvarda skamyada uzanır.
Əlində mobilni fırlanır,malakanka,torqovı,
Bizim oğlan özün hesab edir yaman pantovı,
Tusovı partidə hərəkətləri çox risovı,
Avtoda əli qızın dizində,qaqaş tuzovı.
Talkovı aparır söhbət,
Tökür ət,mərifət
Yox,yox qanacaq.
Beləsi çətin oğlan olacaq.

Oğlan ol,hərəkətlərivə fikir ver,
Çünki,əsl oğlanlar üçün bu cəmiyyətdə daima vardır yer,
Oğlan ol,yüz ölç,bir biç,
Bundan sonra qarşında olan badədən şərab iç.

Oğlan var,cibində 500 çətin taparsan,
Amma,onunla 3-4 kupletlik söhbət apararsan,
Axtararsan sözündə məna,sadəcə utanarsan.
Həyatın nə olduğunu bircə cümləsindən qanarsan.
Yanarsan biləndə qaqaş valideynlərin tez itirib,
O küçə məktəbin bitirib,hörmət edib.
Böyük –kiçik tanıyıb,az sürətlə,çox gedib.
Sözü üzə deyib,yaxanları sındırıb,əyib.
Geyib sadə paltar,zapravkada işləyib.
Əziyyətə pul qazanıb.
Ağsaqqal gələndə siqareti gizlədib,utanıb.
Kruqda söhbətə görə can qoyub,söhbət aparıb.
Əliuzunluq etməyib,gözü doyub.
Heç kəsi baqaja qoymayıb,
Oğurluq etməyib,cib soymayıb.
Sadecə olduğu kimi qalıb .
Alıb kiçik bacısın uşaq əlindın,böyüdüb.
12 yaşı olanda həyat onun uşaqlığın üyüdüb.
Bacısın yaşa-ərsə çatdırıb,onu dərsə çatdırıb,
Gecə-gündüz işləyib,pul yığıb
Qara günə ,önə baxıb,geriyə baxmadan.
Dura bilməzdi,bacısına sataşan o əclafa bıçağı soxmadan.
Basdılar içəri,həri,namus ona çox vacib.
Vacib deyl olsun dolu cib və ya boş cib,
Xoşdur dib,qaranlıq olsada təmiz,
Bu tip oğlanlar özlərindən sonra daima qoyurlar iz.

Oğlan ol,hərəkətlərivə fikir ver,
Çünkl,əsl oğlanlar üçünbu cəmiyyətdə daima vardır yer,
Oğlan ol,yüz ölç,bir biç,
Bundan sonra qarşında olan badədən şərab iç.

Pulla çox şey satılır müasir bazarda,
Satılır oğlan geyimi ,silah,hətta məzarda.
Oğlan ayaqqabısından tutmuş,oğlan köynəyinə qədər.
Bir qədər asan zahirən oğlan olmaq ,amma zəhmət hədər gedər,
Qaqaş avtoda vid-fason,salamlaşmağı,mimikası,
Danışığı farmazon,özündən çox razı.basır qazı,ötürür qızı
Məhləsinə kimi çıxır dönərkən tini bir oğlan maşına əl uzadır
Avto dayanır-”Şampunçik xeyir ola qızı ötürüsən?”
Risofka oyanir,quşbişir,lox çıxarırlar.
Nə isə,buraxırlar,bezpantovı qaşqaldığın zerkalni nömrəsinə baxırlar
Yəni zahirən oğlan çoxdur,heyf ki,zahirən
Heyf ki,her qaqaş bunu daxilən bildirən
Kimə söz girən,kimə söyüş girən,kimə yumruq,
Bax belə yavaş-yavaş ətrafımızı qururuq.
Razıyam hərdən,hörmət sahibi olmayan,1-si,2-si.
Yuxarıdan gəzir,yuxarıdan gəlir səsi.
Qrexlerin gizlədib,artıq qrev yığırlar.
Pulla çox dərmə-deşiyi bağlayıb boğurlar.
Amma,beləsinin xəmiri onsuzda pis yoğrulub,
Boyun şişib,cib dolub,oğlan olmayıb
Vurmayıb üzünə söyənin,üzünə söyüşü,büzüşüb.
Dil topuq vurub ,ağzı bağlanıb,ilişib.

Oğlan ol,hərəkətlərivə fikir ver,
Çünki,əsl oğlanlar üçün bu cəmiyyətdə daima vardır yer,
Oğlan ol,yüz ölç,bir biç,
Bundan sonra qarşında olan badədən şərab iç.

0

6

Uran - Kor zabit

Dəniz kənarı park,bulvar,burada boş skamyalar,
Uşaqlar üçün yelləncə,gənclər üçün əyləncə yerləri var.
Bəziləri burda istirahət edər,bəziləri oturub xəyala dalar,xatirələrlə qalar.
Budur hərbi mundir,aypara-ulduzlu paqon taxmış,
Ağsaqqal,kobud əlləri qırış,furaşka naxış.
Döyüş görmüş bir zabit əyləşib,yanında oğlu əlindən tutub,
Onlar boş skamyada oturub.
Ata oğluna nəsə danışır,nəsə başa salır,
Oğul diqqətlə dinləyir, fəxr edir,nümunə alır.
Zabit atanın soyuq nəzəri bir nöqtəyə dikilib,
Elə bil müharibə onun hissiyatını üzündən silib,
O çox şey bilib,amma oğluna hələ az öyrədib,
Ata-oğul əl-ələ tutub evlərinə gedir,
Evdə oğul ataya formanı çixartmağa kömək edir.
Düz deyiblər:”Yaxşı oğul,ataya qardaş yerindədi”.
Ağsaqqal zabit,əlində papiros,
Önündə külqabı,qıraqda padnos,
Soyuq gözləri eyni yerə baxır,arada sol əli əsir,kontuziya,beyni sıxır,
Döyüşlər,səngər-fantaziya,reallıqla axır.
Ancaq bir şey var,o görmür otaqdakı işığı,
O görmür gözümüzü aldadan natəmiz yaraşığı.
O görmür sevgini,nifrəti,yox o deyl nankor,
Sadəcə qoca polkovnik gözlərin itirib,olub kor.

Kor zabit-onun gözlərin onun torpağı alıb,
Kor zabit-narahatdir,çünki hələ qisas qalıb,
Kor zabit-müdrikdir,inanır vaxt gələcək,
Kor gözləri torpaqlar qayıdandan sonra görəcək.

93-cü illər,döyüşlər,Ağdam,
Axıdılan 1 qram qan.
Bir parça torpaq deməkdir,
Bunu döyüşən hər adam yaxşı başa düşür,
Müharibə meydanında adətən ölüm və həyat mələkləri gürüşür.
Qanlı döyüşlərin birində,partlayan mərmidən,
Qopan qəlpədən biri,bu zabiti o edir kor,
O fikirləşir ya gor,
Ya da belə yaşamaq olmaz.
Göz azadlıqdı,qanadsız quş havada qalmaz.
Hərbi hosbital,1 saat cərrahiyə əməliyatı,insan mənəviyatı,insan iradəsi,
Bu əməliyyatın hər dəqiqəsi,işıqla qaranlığın mübarizəsi.
İnsanla ölümün,nuru qayıtmır zabit güzünün.
Qayıdır ürəyi,həyat enerjisi,çox şükür.
Cərrah həkim bunu etmək üçün yaman tər tökür,
Amma,tale adətən döyüşdə çox qəddar,
Zabit çıxır hosbitalda,əldə əsa ona həmkar.
Çox həkim ümid verir,çox həkim deyir o görəcək,
Hamı fikirləşir,zabit sevinəcək,
Bunları eşidib,düzdür dövlət ona verib tərtiflər və medallar,
Zabitə isə lazımdı gözünü alan torpaqlar.
Satqınçılıqla verilən yerler,mənfəətlə birləçən göylər,
Alçaqlıq,ikiüzlük-bunlar qalacaq kor zabitin yaddaşında ömürlük,
Biz insanlar bəzən görərək,ürəyimiz döyünərək yaşamırıq ölürük.

Kor zabit-onun gözlərin onun torpağı alıb,
Kor zabit-narahatdir,çünki hələ qisas qalıb,
Kor zabit-müdrikdir,inanır vaxt gələcək,
Kor gözləri torpaqlar qayıdandan sonra görəcək.

Bir gün oğul nəsə deyir zabit atasına,
Dediyi sözlər,düz tökür veteran zabitin yarasına,
Həyat ağrılarının hamısına dözən zabitə,gəlir
Qəribə,yeni nəslin bu səhv düşüncəsi,oğul deyir:
Müharibə başlayarsa,əgər birisi gizlənir,
Başqasının ölüsü dirisi haqda xəbər
Yox,onda hanı vətənpərvərlik,hanı millətçilik hissi?
Belə şeylər əziz ata öldürmürmü həvəsi?
Kor zabit qalxır ayağa oturduğu yerdən,
Sol əli əsir,damla göz yaşı çıxır gözündən birdən,
Əsəbdən,oğul peşmandır suala,
Ağsaqqalı gözlərin görsədib deyir:Məni bu hala
Salan,mənim mənliyim,mənim vicdanım,
Halaldır qanım bu torpağa görə şikəst canım.
Ölüm,külə dönüm,yanım,məhv olum.
Solum,sağım olsun minilliyini danan zibillər.
Amma bu əllər,götürüb silah dönəcək yenə səngərə,
Əgər hərə çəkilsə bi qırağa,
Onda Qarabağa və digər torpaqlara
Axı kim olacaq cavabdeh,ancaq
Səfeh insanlar bu dünyada özün düşünür,
Yaxşı ki,gözlərim görmür,lakin qəlb döyünür,
Mənim kimiləri ikinci dəfə müharibəyə başlayacaq,
Gözlərim cəhənnəmə,əsas Azərbaycan yaşayacaq!

Kor zabit-onun gözlərin onun torpağı alıb,
Kor zabit-narahatdir,çünki hələ qisas qalıb,
Kor zabit-müdrikdir,inanır vaxt gələcək,
Kor gözləri torpaqlar qayıdandan sonra görəcək.

inşAllah

0

7

Uran - Həyat gülməlidi

Gülməlidi,nə qədər çox bilsək,səhvə yol versək,məsləhət görsək.
Gülməlidi,nə qədər istəsək,dünyanı düzəltsək,yenə də daş-kəsək.

Həyat gülməlidi,bəzi problemlər deyilməlidi,
Bəziləri deyilməməli və ya gizlədilməlidi,
Bədbəxt dünyanın xoşbəxt isnanı bilməlidi.
Nəyə sevinməli,nəyə isə kədərlənməlidi.
Əgər səni qovursa birgün işdən rəisin,
Gülməli bir şey yoxdu,sadəcə tutub pisin.
Hirisn,əsəbin qalxmasın,bunun axırı şəkər,
Xəstə insan iynə-dərmana milyon tökər.
Hər bir şagird oxuyur ki,sonda olsun tələbə,
Hər bir tələbə çalışır,imtahanda çalsın qələbə.
Hər bir imtahan keçirilirsə yüksək səviyyədə,
Bu bizə sərf etmir,baş keçməsin niyədə.
Bununla başlayır məzunun gülməli iş axtarışı,
Var diplomu,var sənədi,amma,boşdu başı.
Yaxşı hesab edək ki,başında onun biliyi var.
Dirəyi daydayı var,demək onun çörəyi var.
Əgər kasıbın oğludusa açacaq özünə butka.
Min bir xırdavat,paltar,şmotka,kurtka.
Beş-üç manat çörək pulu,cib boş,ağız sulu.
Bizneslə birləşəcək,tutduğu elinin yolu
Biznes-bizim dildə desək,alver.
Aldığını sat,satdığını at,sonda atdığını ver.
Stop,durun gəlin zamanı geriyə döndərək.
Səhvlərimizi görək,ağlamayaq,hamılıqla gölək.

Gülməlidi,nə qədər çox bilsək,səhvə yol versək,məsləhət görsək.
Gülməlidi,nə qədər istəsək,dünyanı düzəltsək,yenə də daş-kəsək.

21-ci əsr,artıq qulağımızın dibin kəsir,
Çox tələsir,sirrlər xəzinəsində qalmayıb sirr.
Bütün millət hamılıqla birgə edəyin inkişaf
Və bütün irəliləyişdə var gülməli bir paraqraf.
Edirəm çürük-saf,nə finiş,nə də start.
Hamı mobil telefon alır bizdə part-a-part.
Qalıram mat mən görərkən telefonu.
Onun var mafonu,mikrafonu,diktafonu.
Tualeti,həm sifonu,saksafonu,nə əvvəli,nə də sonu.
Tozsoran,paltaryuyan,televiziya,siqnalizasiya,
Kanalizasiya,səsi polifanik,stereo olmalıdı guya.
Dümbələk boyda,həm bayram,həm toyda.
-“Kelly Minogue-nin efir mahnısıni qoyda”.
Telefon çox olsada,beynimizi dəng elemir,
Sadəcə çoxusu vızıv atır,çoxusu zəng elemir.
Nəzərinizə çatdırım yaman maraqlı bir məsələ.
Müraciyət edir millətin 90%-i ehsan selə.
SMS göndərilir,bəzən tərs göndərilir,
TV-də,radioda mesaj bəhsə-bəhs göndərilir.
Nömrərlər zerkalnı,baxırsan görürsən əksin,
Vacib deyl mədə,telefon almağa tələsin.
Gülməlidi çoxu olub bu balaca əşyaya xəstə.
Kontur yoxdu,amma,zibildən bizdə dəstə-dəstə.

Gülməlidi,nə qədər çox bilsək,səhvə yol versək,məsləhət görsək.
Gülməlidi,nə qədər istəsək,dünyanı düzəltsək,yenə də daş-kəsək.

Demokratik inkişaf,istiqamətimiz avropa,
Diskotekalar,barlar,klublar,oppa.
Dilimiz əldən gedir ”da”,”net”,”no”,”yes”,
Import,eksport,8 fara mersedec.
-Belə maşın olmur. Olur,bizdə hər şey var.
Bircə sifətəmiz qalıb mentalitetimizdən yadigar.
Xarici firma,mağaza,mini-super market.
Avtomagistral yollara çəkəcəyik parket.
Etiket xarici,istehsal isə milli mal.
Amma,belə mal alan olur sonda anormal.
Sökək “Qız qalasın”,əvəzinə tikək təzəsin.
100 mərtəbəlisin,qoy beləsi şəhərimizi bəzəsin.
Ən sonda şəhərimizi sökək edək yeraltı,
Onsuzda üstü sürüşüb,yəqin qalıb altı.
500-600 km çəkək metrə rayonlara,
Nəqliyyatlar çatdırmır,kömək lazımdı onlara.
Beləliklə yaşayışımız əməlli başlı səhnə,
Hər şey təzə-təzə,məzə-məzə,təzə,-köhnə.
Həyat gülməlidi və mənə elə gəlir bunlar gizlədilməməlidi,
Sadəcə sakitcə deyilməlidi.

Gülməlidi,nə qədər çox bilsək,səhvə yol versək,məsləhət görsək.
Gülməlidi,nə qədər istəsək,dünyanı düzəltsək,yenə də daş-kəsək.

0

8

Uran - Ruhlar

Ruhlar
Məxfi Dünyanin Sakinləri(Məxfi Dünyanin Sakinləri)

Gəbirstanliq. Bu Ad Adətən Bizi Qorxuzur
Ölən İnsanların Ruhlari Orada Sükütu Pozur
Ama Ruhlari Görmək Onlarla Söhbət Etmək
Həvəsi İlə Getdim Ora Peşman Olmadım Sora
Budur Soyuq Tər Budur Ruh Göründü
Tüklərim Biz-biz Durdu Qorxu Hissim Söndü
Zahiri Görünüşlü Deyil Dediyi Sözlər Vahimə
Belə Bİr Vəziyət Arzu Etməzdim Heç Kimə
O Açdi Kartını Dedi :
`Hər Saniyə Hər Saatı Almaq Olmaz Satln Vaxtla Mənaviyatın
Əvəzi Heçnə Mənə Öləndən Sonra Olub Əyan
Ölərkən Məndə Sən Tək İstiqanlı Bir Cavan
Mən Sevirdim Məlum Məsələ Həyatda Sevgi
Olur Birdən Sanki Gəlbə Verilir Mügəddəs Vergi
Ama Hərdən Tapdıgımız Mügəddəssiz Olur Nəfis
Düzdü Onu Təgdim Edərkən Bizlərə İblis
Sevən Gözlər Olur Kor Düz Deyiblər
Qoz Belidə Düzəldə Bilər Ancaq Qor
Kar Qulagıma Çatdi Bir Gün Güyə
Qız Pozgun Oldun Yorgun Amma İnanmadım Dəli Vugun Tək
Tutdun Bu Sözü Deyəni Əlimdə Buçag Vurdum Onu
Arxadan Məni Vurdu Başqa Qoçaq
Mən Öldüm Mənim Vurdugum Sag
Öləndən Sonra Bildim ki
Həmin Qız Görübmuş Milyon Yatag
Buna Görə Bil Sevgi Həmişə Olmur Təmiz
Əgər Siz Kimisə Hesab Edirsinizse Əvəzsiz(Əvazsiz Heçnə Yoxdu)
Bu Vicdan Zəyifliyi Sevgi Gəlbin Dəliliyi
İnsan Üçün Ola Bilməz Sevgi Həyat Dirəyi`
Ruh İtdi Sözlərini Deyib Məndə Marag
Məcbur Etdi Edim Soraq Gəlbimin Səsini
Ruh Öyrətdi Məhəbbətin Qara Tərəglafrini
Giymətini Anlayaq Sevgi Üçün Ayrılmiş Günləri

Ruhlar İnsanlardan Ayri Yaşar
Ruhun Həyatı Ölümdən Başlar
İnsan Susarsa Ruhu Danişar
Günahkar Cisim Məzarda Alişar
Bu Dünya Böyük Bir Gəbir
Bu Röya İstər Səbir
Halalı Haramdan Ayırır Onlar
Məxfi Dünyanin Sakini Ruhlar

Səbrim Dözmədi
İkinci Ruhun Hardan Peydə Oldugunu Gözlərim Görmədi
Mən Bilmədim Bu Ruh Mu Yoxsa Canlı
Onun Dediyi Sözlər Oldu Mənim Üçün Çox Soyuq Qanlı
O Soyuq Səslə Dinir :
` Siz İnsanların Əsl Gücü Ruh Sizi Tərk Edərkən Bilinir
Sizi Yaradana Qarşı Belə Çox Vaxt Gedirsiz Şək
Buna Görə Ruhlar Cisimlərini Tez-Tez Edirlər Tərk
İyrənc Gəlb Yalançi Nəb Həyatınız Çirk
Dünya Arenadı İnsan Yaşayışı Bir Sirk
Risk Hesab Edirsiz Atdiginiz Atdımları
İndi Görürük Soyuq Daş Altda Yatmiş Adamları
Soyub Başla Haramları Edərək Layigli Cəza Gorərək
Günahları Özünüzdən Uzaq Bilərək Sökərək Sərhədi
Tökərək Nifrəti Müharibə
Sonda Ölüm Tərəfindən Məruz Qalırsız Təgibə`
Anlamadım Onda Olan Nifrəti İnsana Qarşı (Başa Düşmədim)
Hifs Etdim Çox Qaradı Cismində Olan Yaddaşı
Soruşdum `Sən Kim Olmusan ? Nə Olub Sənətin`
O Dedi :
`Sən Bu Sualla Mənim Hirslərimi Tərpətdin
Mən Olmuşam Cəllaaaad`
Bu Ad Əks-səda Verdi Qara Pərdəli İşiqlı Beynimdə
O Dəvam Etdi :
`Əgər Yaşasaydin Sən Mənim Günümdə
Bilərdin Niyə İnsanlara Nifrətdir Dilimdə
Mən Əlimdə Soyuq Silah Edirdim Edam
Əlimə Çox Düşub İyrənc İrinli Ürəkli Adam(Günahkarlar)
Olurdu Bəziləri Gunahsiz Bəli Bu Mənfi
100 Nəfərə Daxil 1 Nəfərə istər Məhfi
Günah Nadanlıq İnsanlar Milyon Sifətdə
Mərhəmətdə Qalmamışdı Yaradılmiş Ədalətdə
Xəcalətdə Silinmişdi Günahkarların Üzündən
Ölərkən Ruhların Əzabları Görünürdü Gözündən (Hiss Olunurdu)
İnsan Qanunları Yazırsa Özü Nə Xeyri
Əgər Bu Qanunları Pozursa Özü
İnsan Şüurlu Məxluq
Lakin Şüursuz Sürətdə Edir Ona Qarşı Olan Şeytana Qulluq`
Bunu Deyib Oda İtdi Ətrəfda Sakitlik
Bir An Təklik Çıxdım Cansız Aləmdən
Bildim Ne Vaxtsa Ruhum Çıxacaq Sönəcək Şam
İndi Eşitdiyiniz Mövzunu Yazdım Mən Həmin AxŞam

(İndi Eşitdiyiniz Mövzunu Yazdım Mən Həmin AxŞam)

Ruhlar İnsanlardan Ayri Yaşar
Ruhun Həyatı Ölümdən Başlar
İnsan Susarsa Ruhu Danişar
Günahkar Cisim Məzarda Alişar
Bu Dünya Böyük Bir Gəbir
Bu Röya İstər Səbir
Halalı Haramdan Ayırır Onlar
Məxfi Dünyanin Sakini Ruhlar

Əgər Bu Həyatda Atılan Sehf Atdimdan Sonra Cəza Görmürüksə
Bu O Demək Deyil Ki Ədalət Məhkəməsi Yoxdu
Sadəcə Biz İnsanların Qurdugu Məhkəmədə
Hakimdə Bizik Muhakimə Olunan Da
Unutmaq Lazım Deyil Ki O Dünyada Hər Şey Üzə Çixacaq
Pərdələr Salınacaq Va Budur İnsanın Əsl Üzü
Yaradılani Yaradandan Gizlətmək Geyri Mümkündü

0

9

H.O.S.T - Ağlama

Ölülərim sevinsin,gəldi Tanrınız
Əsirlərlə,qəddarcasına alovlarda yandınız
Yox olmuşam sandınız,amma artıq burdayam
Çox amansız,çox qəddar cəzalar arzusundayam
Gəlmələrin ruhuyam,səmalardan gəlmişəm
Qaranlığıma bağlıyam,mən Maranı sevmişəm
Dirilərdən bezmişəm,onlar üçün kor yuxuyam
Cansızlıqdı dərdiniz,sizlər üçün oxuyuram..,
Ağlama,yaşla dolar qanı içilmiş qəlbiniz
Söz demə duyan olar var özünüzdən sirriniz
Çətindimi yaşamaq,günahsız,sevgisiz?!
Küləklidi həyat yolunuz,gəmilərsə yelkənsiz
Ölülərimin cərgəsinə,namizədsiz hər biriniz
Diliniz yedizdirir yalan yeyən qarğaları
Kəşf etdim daş ürəklərdə boş məzarları
Hiss etdim cənnətdən uzaqlaşan tayfaları
Qayaları parça-parça etməyə qadir insan
Nə acizsən duyğularda qorxu görüb ağlayanda
Tənhalıqdan qışqıranda əl uzatdım istəmədin
Sən həyatsan,mən ölüməm,ağlayacam qovuşanda
İnanmadın,yox ol dedin,xoşbəxtsənmi bu həyatda?!
Milyonlar uçun əsir oldun,qeyb olmusan sarmaşıqda
Dua etdin göz istədin,Allah verdi bəyənmədin
Can istədin,onuda verdi,fitnələrdən bezmədin
Gündüzlərə göz yumuldu,gecələrdə həsrət qaldı
İşiqa,imama nifrət vardı,qulaqlarda qeybət vardı
Ümid vardı sandı yandı,qanda xeyli igid vardı
Cənnət əhli darıxırdı,orda tənha şəhid vardı
Bəs nə oldu?gözün doldu,bu tək yoldu,yolda koldu
Qaradonlu qarğa qondu,taxta qondu,qanıvı sordu
Güclü ordu gözüvə durdu,mən deyildim üzünə durdu
Qəddar tələ izivə qurdu,tab gətirmir artıq sondu...........,

Barmaqları çürümüş bəstəkarın nəğməsi,yara basmış dilimdə,
Hər gecə onun səsiylə,ağrılarla oyanır qara dərviş içimdə.
Ağlıyır heç vaxt ağlamayan susuz çöllərim keçmiş itmiş izlərim,
Bağırdım,bağırtım ağrımla bağrımı yandırdı,yandı hisslərim.
Tərki dünyalıq,əzablarla dolu boxça qırışmış əlimdə,
İllərlə yaşadığım,yaşatdığım basdırılmış hisslər bükülmüş belimdə.
İzdiham içində getsəmdə getməsəmdə,itsəmdə itməsəmdə,
Onsuzda yorğun baxışlar çevirdi həyat düşüncələrimi başqa səmtə.
Ağlama dedim amma ağladı,qulaq asmadı göz yaşlarım gələcəyimi görən kimi,
Bilən kimiki həsrət sonu ünvan olub kədər bunu gülə-gülə deyən kimi.
İtən kimi sevinc möhürləri həyatımdan ayaq açıb qaçıb gedən kimi,
Kimi sınağa çəkər görən fələk aldığım çətin nəfəs bitən kimi.
Paltarım,əməllərim oda qara çirkli cırığ,söküy
Sus Dərviş,sakit ol qarğa,Mete,Aid bu gün nə isə sönüy
Ümidsiz xəyallarım itkin düşmüş ümidlər yoluma səd çəkər
Ağrı,nəfəs,kömək,ömürlük tənhalıq və qaranlıq gələr

Qanadlarıma sığal çək,qucaqla belimi başını sinəmə qoy,
Gözünü yum,say ona kimi,qollarımda gizlən özüvü axtar özüvü.
Tap içimdə,ipək saçların tökülsün üzümə gözlərin gətirdi gecəni,
Sinəmi tut,dərimi cır,ətimi did,qabırğalarımı sındırıb,tap ürəyimi.
Əgər varsa mənədə göstər,əgər yoxsa gizlə yalannan de var dərində doyünür hələdə,
Dırnağınla cız üstündə adıvı əbədi qalsın orda.
Güllər ək!sevgimiz qədər gözəl,zəhərli tikanlarını qır dişinlə tüpür ocağa,
Yansın orda,biz susaq,dodaqlar danışsın nağıldan,nağıla gəzək əl-ələ
Tozlu səhifələrdə,ən dərin zirvələrdə nalə çək
Qışqır adımı əbədi karlar ölkəsində
Çılpaq qayaların yasında dalğalar gələndə,
Mənidə çağır darıxsan utanma məndə darıxacam
Göz yaşım islatdı amma qığılcımla alışacam
Ağlama gəl qarışaq südlə bal kimi,odla köz kimi
Bir az döz mənə,bir az sev məni
Bir az inan,qısqan bir az içimdə qarğalarıma
Tulla qaydalarını,gəl sökək tərbiyə pərdələrini
Parçala,yol əllərinlə saçımı dibinnən

Dişlə dodağını,qanını tök yanağıma iyrənim bir az
Günəşi ört adınla,qaranlıqda tüstü dumana qarışaq
Zamanı saxla son nəfəsdə cəhənnəm oduyla alışaq
Diyirlənir yenə qələm ucunda diyircək,
Nəfəsdə ağır-ağır gedir-gəlir,quruyub boğaz yoxdu tüpürcək.
Sonuncu tüstümdü dostum götür çək,yanımda Dərviş ölüm Tanrısı
Qarğa qara lələklə yoluma davamdayam,sənsə qulaqlarıva hakim kəsilmiş
Bu kəsin səsin bir az aciqda aç,yerivi rahatla
Fikirlərimə azad əmri verib qanadlan,xoşuva gələn mövzulardan geriyə qayıtma
Qon,qal oralarda don demişəm,bütün çərçivələrə və sərhədlərə son demişəm
Saatlar gücsüz olub,işləmir əqrəblər,bədən yorulmuş ayaqlar üstündə
Amma bitmir tələblər,əllər isə yorulmur yazır bitmir səbəblər
Ölmüş sinirlərlə özünü ayırıb beyinnən əsəblər
Başıma qonmuş dövlət quşudu qarğa,
Mən isə Dərviş Ölüm Tanrısıyla müqaviləm var
Öldürə bilməz track bitməmiş,replay bas uzat ömrümü
Yadakı ölsəm ağlama,vəsiyyətimdi yas saxlama
Dumanım bitdi vidalaşdım,dedim gözləmə
Bundan sonra tək dostam özüm-özümə mən!

0

10

Uran- Mənasız şeylər

və onların mənalı vərəqi

Qərb rəngləri ilə çalışan, şərq rəssamının çəkdiyi bir rəsm əsəri

Bomba partladı, vərəqlərim çatladı,
Beynim arzumu qatladı, ürəyimdə saxladı.
Cümlələr güllələr tək bədənimdə laxladı.
“Mənasız şeylər” bütün mənliyimi yoxladı.
Heç şeyə baxmayaraq, mən sürəti saxlamayaq,
Atmayaraq, sərhədləri yıxmayaraq, qorxmayaraq,
Soxmayaraq, cəmiyyəti bir qırağa qoyaraq,
Sayaraq lox, rahatçılıqdan mən doyaraq
Addımlarım çox yavaş, sanki bir daş.
Sanki, sürüşkən yaş, şeytan mənə yoldaş,
Sanki, beynsiz baş, STOPda durma caş,
Sanki, həddi izləmədən, gözləmədən səddi aş.
Sanki, söz murdar, beynimə muhum dar,
Zaman kin yaradar, qələm hirsimi unudar.
Bunları mən görərək sözlərim su tək axar,
Məni cəmiyyətim məni yersiz sıxar, yıxar.

Bir, iki, üç, dörd,
Qapını ört, pört,
Çırp, bütün fikirləri, illəri gözləmə, çünki artıq vaxt çatıb,
“Mənasız şeylər” artıq məni (Uranı) oyadıb.

Məni saxlamaq istəyən, olma özündən deyən,
Soxma burnuvu işlərimə sən, qabağımdan yeyən,
Yoluma qorma sərhəd, onsuz çoxdur hədd,
Yoxdu, loxdu qarşıma çıxan hər bənd.
Sədaqətsiz yoldaşlar, hər şeyi mənimlə başlar,
Fikirlərimi alqışlar, yenidən sərt qışlar,
Ətrafımda pər sifətlər, boş-boğaz söhbətlər,
Çox azdı real vədlər, yersizdir hərəkətlər,
Yersizdir boş dəstək, səbirsizdi bu ürək,
Düşüncəsizdir beyin, qamətsizdi kürək,
Sürətsizdir bərk külək, heç kimmi sizə yenə tək,
Ümidsizəm, ümid ulduzlarımı mən görərək,
Hörərək düşdüyüm quyudan nərdivan
Dörd divararasında döşəmə, düz tavan.
Dolmur damarda qan, çünki sözlərim isti, mən azıram,
Durmadan yazıram, qəbrimi qazıram, lap rinqdə azıram.




Bir, iki, üç, dörd,
Qapını ört, pört,
Çırp, bütün fikirləri, illəri gözləmə, çünki artıq vaxt çatıb,
“Mənasız şeylər” artıq məni (Uranı) oyadıb.

Seçdiyim bu yol zibil, çox ağır bir yoldu,
İçdiyim azadlıq suyu, tüm zəhərlə boldu,
Əlimdən hər şeyi alsalar, qalacaq beyin boldu,
Seçimin düz idi, vərəq-qələm mənimlə oldu,
Çoxuna qarşı çıxıb, buraxmadım tək şansımı,
Sonum ölümdürsə, mən gözləyəcam yasımıı.
Mənim fikrim addımımdan çox geriyə qalsa,
Atdığım hər addım finişimi daha irəli salsa,
Hansısa günlərim solsa, hansısa yeni bir məna,
Mikrafon əlimdə, bir daha çıxacam meydana.
Utana-utana hər yana, endirəcəm zərbə,
Göndərəcəyəm beynimi qaranlıq tunelə, lap dibə,
Buna görə bağışlayın məni, görmürəm dostu-düşməni,
Çıxardıb silahımı, deyirəm kəlməmi.
Azad oluram zəncirdən, birdən, tirdən mənə qüvvət verən,
Püskün görən, dirən kağıza-qələm,
Başlayır ritm, silim-itim bu dünyadan məni oyadan,
Yazılarım olacaqdı sonda ucaldan.
Endirəcəklər zərbə daldan, eşidib alqış zaldan,
Nəzər sağdan-soldan, gec-tez dönmək yoldan, bu haldan,
Mən sevirəm yaxınlarımı, amma, daldan
Mıxa vurmaq yaraşmaz, salaraq baldan,
Salaraq saxlayaraq musiqi,eşidilməz valdan,
Mən falçı deyiləm, həyatım nə gözləyər faldan? (heçnə)

Mənim ürəyimin səsi tüfürdüm o cəmiyyətə ki, hansı ki, məni sıxır, hansı ki, öz qanunlarını qoyaraq məni dəyişməyə çalışır, mən isə daima olduğum kimi qalacam və mənim ürəyimdə olan “Mənasız şeylər”, mənim beynimdə olan, yaranan sətrlət, cümlələr, sanki güllələr kimi lülələrdən qoparaq, ağ kağızı mürəkkəb dolu bir aləmə sürüklüyür.
Mənim “Mənasız şeylər”im, bura mənim dünyamdı və mənim dünyamda öz qanunlarıımı, sanki mən özüm qoyuram və mən özümü qoyacam və heç kəs burnun soxmayacaq mənim dünyama, çünki, artıq yetər,bəsdir ürəyim partlayır, belə yaşamaq olmaz.
Hər şeyi buraxmaq lazım deyl, həyatın mühakiməsinə!

0

11

Uran- - Bloknot

Bloknot
Açılmayan vərəqlər

Şəhərin mərkəzin küçələrindən birində,
Ölüm hadisəsi baş verdi, varlı adamın evində.
Varlı şəxsin qızı özünü öldürdü,
Heç kəs bilmirdi qız bu addımı ilə nə məqsəd güdürdü.
Mərhumənin sayılan problemi yox idi, evde hər cür şərait vardı,
Vəsait vardı, hörmət, mərifət, mədəniyyət, qohum-qardaş, külfət vardı.
Amma, qızın həyatında yenə də, nəsə əksik,
Onun hamamda tapdılar, vena, damarları kəsik.
Ovucunda lezva sıxıb, al qırmızı qan, hər yan,
Açıq gözlərdə gözlərdə, ölü sükut, ölü baxış, sanki, qan
Damcıları, kafeldə, yaratmışdı naxış.
Polis tərəfindən axtarış, qonşular tanış,
Anbulans, yoxdur şans, ölümün səbəbini axtarmağa,
Ata gözləri dolmuş, keçir qızın yatdığı otağa.
Baxır ətrafa, oturur səliqə ilə yığılmış yatağa,
Təsadüfən əli toxunur yastığa.
Qara bloknot, ayrı not, ayrı dünya açılır
Onun önündə, alır baxır,
İlk vərəq, qızın adı, təvəllüdü,
Qızın şəkili, ınanılmazdı ki, indi o ölüdü.
Vərəqləri oxuyur, sevinc, həyat arzular, əlvan yazılar,
Pozular, qaralamalar, son səhifələr, ölümə səbəblər,
Qara günlər, həyatdan vidalaşması,
Dəli olur həqiqəti bilib, qışqırır qızın atası.

Dəli olur həqiqəti bilib, qışqırır qızın atası.
Bloknot
Açılmayan vərəqlər

Gəlin qara bloknotu nəzərdən keçirək,
Çevirək ilk vərəqləri, son səhifələri görək.
Budur axırdan üçüncu vərəq, yazılar çox səliqəsiz,
Oxuyuram, xahiş edirəm hər şeyə fikir verəsiz.
Qız yazır: “Başa düşmürəm, niyə o belə edir?”
İzah edirəm, söhbət onun sevdiyi oğlandan gedir.
“Mənə deyir, guya ailəmə görə münasibət pozulmalı,
Başa düşmürəm onu, bu hansı qanuna yazılmalı?
Atamın məhşur bankı, onu hamı tanıyır, bəlkə
O məni sınıyır bu sözlərini deyərək?
Atamı görərək dostlarıyla, bilirəm var hörməti,
Amma, sevdiyim oğlanın deyəsən fikri yaman qəti.
Atamın təbiəti qəribə, o, maraqlı insan,
Yaxşı olar, əgər bu vərəqə burda son qoysam.”
Axırdan ikinci vərəq, söhbətdən beş gün keçib,
Bu dəfə qız başqa şey yazır, ayrı mövzu seçib.
“Rəfiqələrim məni sıxışdırır, tez-tez edirlər lağ,
Mənə deyirlər, atanı tanıyırsanmı, ay uşaq?
Camaatı müflis edib ki, özü varlı yaşasın,
Həyatını iblis edib ki, guya mələk tək qalsın.
Belə çıxır atama görə, vicdan və mənfəət eyni?
Əyni-başı, zahiri yaxşı, belə çıxır hər şey saxta?
Ürəyi qalmaqda, maskadır vid-fason,
Deyesən atam gəlir, burada qiyuram son.”

Deyesən atam gəlir, burada qiyuram son
Bloknot
Açılmayan vərəqlər

Üçüncü vərəq, hadisələrin əsas dönüş nöqtəsi,
Qız bu səhifəyə köçürür, daxilindən gələn səsi.
Göz yaşı ləkəsi, bəzi hərflər buraxılıb,
Qız yazır ki: “Bugün o, evdə tək qalıb.
İndi mən anladım, anam niyə gedib rəhmətə,
Gəlsin lənətə atam, onun ikiüz sifətə
Malik olduğunu, bilib ölüb yazıq anam,
Məcburam atama görə indi məndə, utanam.
Deyir: Məni ərə verəcək, tanımadığım birinə,
Hansısa bankirin evinə gedib, dönəcəyəm gəlinə.
O, nə danışır, onun əlinə düşsə həyat ipim,
O, çox şey edər, lakin, mənim həyat prinsipim.
Gərək aydın olsun ona, Bugün hər şey çatacaq
Sona həyatda, qalmayıb, artıq,
Dəyər özüm-özümü əyməsəm, mühitim məni əyər.
Gəlin getdiyim həmin ailədə, sonda qara geyər.
Ən yaxşısı – ölüm havası, ən yaxşısı – sükut,
Ana, mən gəlirəm, əlini uzat, əlimdən tut.
Bilmirəm atam oxuyacaq bunları, ya yox,
Bir söz deyirəm ata: Özün-özündən qorx.
Sağol həyat, sağol irəlidə ki, günlər,
Sağol otağım, sağol pəncərəmdə ki, günlər.
Sağol bloknot, sən idin mənim qəlbimin nəfəsi.”
Ən sonda, üç nöqtə və sonsuzluq işarəsi.

Ən sonda, üç nöqtə və sonsuzluq işarəsi.
Sonsuzluq işarəsin biz, həyatımızda çox zaman qoymağa məcbur oluruq.
Ömid sonsuzdu, necəki zaman sonsuzdu.
Bloknot
Açılmayan vərəqlər

0

12

Uran - SPID virusu düşüb mənə.

Mən özümdə bir virus olub düşmüşəm bu həyata.Həyatın mənə qarşı immuniteti var-ölüm.Mənim isə ölümə qarşı heç bir immunitetim yoxdu.

Açılmaz olan qapıları mən açmaq istəyirəm,
Cəmiyyətdən uzaqlaşıb,sonsuz qaçmaq istəyirəm,
Mən istədiyim bir qızla birgə olmaq istəyirəm,
Mən həyatımın xoşbəxt anı ilə dolmaq istəyirəm,
Başa düşmək istəyirəm,başa salmaq istəyirəm,
Yuxu görmək istəyirəm,xəyala dalmaq istəyirəm,
Mən yerdən artıq bezmişəm,günəşlə qalmaq istəyirəm,
Mən ölüm bıçağını qəlbimin dibinə salmaq istəyirəm,
Bəsdir,yetərdir,qaranlıqdan daha bezmişəm.
Sevməyi bacarmıram,insanlara nifrət sezmişəm.
Unutmuşam keçmişimi ,gələcəyimə mən tüpürmüşəm.
Xoşbəxtlik şansın əldən buraxıb,onun üçün mən üfürmüşəm,
İndiki həyatımı mənasını bir qutu siqaretdə görürəm,
Öz əlimlə özüm üçün qəbir daşın mən hörürəm,
Dayan bilmirəm,getdikcə daha da aşağıya enirəm,
Nə danışdığımı düşünmüyün,ağzıma gələni deyirəm,
Baxıram kalendara,balaca kağızda nələr vardır,
İnsan həyatı belə çərçivədə,insan həyatı belə dardır.
Yaşayacağım günlərə baxıram,əzib atıram vedrəyə.
Həyatsa aşağıya enir,əsəbləşmək gərək nəyə?
Otuzun arasında qalmışam,mən görəsən nə edim?
Özümü bu zibilə salmışam,görəsən haraya gedim?
Günəş mənə qara görünür,bugün ölüb o mənə.
Uzaqlaşın siz məndən,SPİD virusu düşüb mənə.

Haradayam?Bilmirəm,mən haradayam?
Bəlkə burda,ya qabağda son qoyam?
Bəlkə küsüb,bezib bu həyatdan doyam?
Bəlkə oturub,günlərimi sayam?

Əlsizəm,qolsuzam,dolsuzam,sonsuzam,
Bədbəxtəm,xoşbəxtəm,insanam,heyvanam,
Qəlbsizəm,sənsizəm,gözsüzəm,sözsüzəm,
Faşistəm,naçistəm,tüstüyəm,mən nəyəm?
Başa düşməmişəm ki,dünyanı dəyişə bilmərəm,
Pis bir iş görərək,mən yaxşılığı heç vaxt silmərəm.
Xeyir öz yerinda olur,şər qüvvə yerində qalır,
Yalnız insan artıq əşya tək,özünü araya salır.
100 mərtəbə binanın damından durub yerə baxıram,
Gözlərim yaxşı görür,ancaq mən yenə eynək taxıram,
Mən gözlərimi gizlədirəm,qorxuram onları itirərəm,
Bədənimdə olan yeganə saf yeri qurban yetirərəm.
Tullanımmı buradan?Düşümmü azad dünyaya?
Onsuzda etdiyim səhflər,artıq gəlmir saya.
Oğlan və qız giriblər qol-qola,gəzillər yenə,
Uzaqlaşın siz məndən,SPİD virusu düşüb mənə.
Haradayam?Bilmirəm,mən haradayam?
Bəlkə burda,ya qabağda son qoyam?
Bəlkə küsüb,bezib bu həyatdan doyam?
Bəlkə oturub,günlərimi sayam?

Getdim yoxlatdım özümü,mən inanırdım keçəcək,
Neçə dəfə belə olub,hər şey üz yolun seçəcək.
Ancaq,bu dəfə ilişdim,ancaq bu dəfə girişdim,
Ancaq bu dəfə ölüm ətrini hiss etmişəm.
Bir saat keçdikdən sonra,həkimlər dedilər mənə:
“Həyatından uzaqlaş,SPİD virusu düşübdür sənə.”
Mən yerimdə dondum,qəlbimin daxilinə qondum,
Ürəyimin damarların bir-bir çıxartdım,qırdım-yondum.
Qoy azad olsun ürəyim,tullantı üçün işləməsin.
Damarda qan qalmasın,vicdan qəlbimi dişləməsin.
Bİz bir-birimizdən ayrılaqo ,artıq azad bir ürəkdir,
Heç vaxt unutmayın,ürək yaşayan insana gərəkdir.
Gözümü açanda gördüm,məni möhkəm bağlayıblar,
Qollarım kəsik-kəsikdi,acı iynə ilə dağlayıblar.
Bir addım irıli atıb,iki atdım addım geriyə.
Beynimdə bir sual vardı,axı niyə?niyə?niyə?
Bir anlıq baxdım ətrafa,ağaclar,qönçə güllər,
Bir anlıq baxdım insana ,günahlar,qanlı ənlər.
Yağış tökülür üzümə,hər damcı dənə-dənə,
Uzaqlaşın məndən,SPİD virusu düşüb mənə.

Haradayam?Bilmirəm,mən haradayam?
Bəlkə burda,ya qabağda son qoyam?
Bəlkə küsüb,bezib bu həyatdan doyam?
Bəlkə oturub,günlərimi sayam?

0

13

QaraBasma - Xose Çaşıb

QaraBasma,Birdə De
Birdə De,Birdə De
Birdə De,Birdə De
Birdə De,Birdə De
Birdə De,Birdə
Birdə ,Birdə ,Birdə De

Xose Çaşıb (Kim ?)
Xose Çaşıb (Kim ?)
Xose Çaşıb (Kim ?) (O-o)
Repimizə Qarışıb

Birde De Xose Çaşıb
İşimize Qarışıb (oooo)Həddini Aşıb
Hoppada Hoppada Hoppada
Bugün QaraBasmadı Hip-Hoppada
Kim Xam, Kim Qaz Olub Repdə
Xose Həmişə Saz Olub Repdə
Bugün Görünürsən Az Bizdən Repdə
Helə Çıxır Bir Söz Diyirsən Efirdə
`Son Bir İldə Bakıda Rep Yoxdu Ölub`(Ha-Ha-Ha-Ha)
Heç Olmasa Sən Danışma Bizi Görüb
Bilinir Niyə Diyirsən Bizik Sənə Pak Maniyə
Bizdə Yoxdu Narkomaniya Kliptomaniya
Gör Nə Günlərə Salıbdı Səni Bu Narkotika
Bir Albomda İxlas Surəsi Və Erotika
O Vaxtları Məndə Olmuşam Xosenin Dəlisi
Bugün Yəgin Nəsə Baş Veribki Olub Əksi
İndi Bu Zamanda Hər Şey Başqadı
Bizdə Narkoya Hiss Başqadı,Yaxşı Başqadı,Pis Başqadı
Bizə Görə Yaxşılara Pis Yaxmaq Başqadı
`Tanrı Qoy Bİr Şey Eləsin Mən İnanim Ki Var`
Nə?
`Tanrı Qoy Bir Şey Eləsin Mən İnanim Ki Var`
Tanrı Elə Bir Şey Elədi
Dur Sən İndi Var Ol Görək,Var Ol Görək, Var Ol Görək (A-a)Ye
Nə Olsun Ki Stajda Bizdən Çoxsan
Reklamlar Bitdi Sən Artıq Yoxsan

Xose Çaşıb (Kim ?)
Xose Çaşıb (Kim ?)
Xose Çaşıb (Kim ?)(O-o)
İşimizə Qarışıb
Xose Çaşıb (Kim ?)
Xose Çaşıb (Kim ?)
Xose Çaşıb (Kim ?) (O-o-o)
Həddini Aşır

Bir Vaxtlar Azəri Repin Klalı
İndi Repdən Üstün Necə Tuta Bilər Axı Nalı
Xose Gənc Nəsilə Örnək Olur
Beləsinə Yalnız ALLAH Kömək Olur
Bir Vaxtlar Olmuşam Xoseyə Fanat
Konsertə Neçə Bilet (!) Neçə Manat
Təki Repin Adı Yuxarıda Olsun
Səhnəmiz Manıslarla Dolmasın
Olmasın Narkoman, Olmasın Göbələk
Söyüşdə Az Olsa Olmasın Gərək
Görək Necə Repə Saldın Qara Ləkə
Diyirsən Rep Ölüb ? Gəl Onu Dirildək
Özündən Başqa Heç Kimi Bəyanmirsən
Freestyle`a Qalanda isə Deyə Bilmirsən
Xose Az-Rep Üçün Çox Şey Etmisən
Məncə Borcundu Bundan Sonra Etməlisən
Azad Söz Deyirik Sözümdə Yalan Yoxdur
Xosenin Sənətini Bugün Danan Yoxdur
Rep Sənin Vecinə Deyil Niga Ha ?
İnan Sənidə Bugündən Etibarən Vecinə Alan Yoxdur

Birdə De,Birdə De
Birdə De,Birdə De
Birdə De,Birdə
Birdə De,Birdə De

Xose Çaşıb
Xose Çaşıb
Xose Çaşıb (O-o)
İşimizə Qarışıb
Xose Çaşıb
Xose Çaşıb
Xose Çaşıb (O-o-o)
Həddini Aşır

+1

14

Привет всем!!! Есть у кого-нибудь слова песни Sen nede ce gozelsen Zamiq ?

0

15

Askim написал(а):

Привет всем!!! Есть у кого-нибудь слова песни Sen nede ce gozelsen Zamiq ?

может,Sen necə də gözəlsən?))))))

знаю эту песню,хорошая,но слов пока нет(((( поищу(((

0

16

Приветик всем!Пожалуйста,кто знает напишите текст песни Талиба Тале O-qiz,мне очень нравиться эта песня и если можно с переводом на русский.

Отредактировано Larisa (14.07.2009 00:24:29)

0

17

Damla написал(а):

может,Sen necə də gözəlsən?))))))
знаю эту песню,хорошая,но слов пока нет(((( поищу(((

Да )))) Sen nece de gozelsen ))) Sorry...
Обожаю эту песню А еще, Damla, посмотри, может есть  слова песни Ucduq.

Заранее спасибо

0

18

Девушки,  у  меня  к  вам  вопрос: Как  вам  певица Айгюн  Казимова?

увеличить

0

19

Ясмин написал(а):

Девушки,  у  меня  к  вам  вопрос: Как  вам  певица Айгюн  Казимова?

Ясмина,я её очень люблю!!  :love:  :love: Обожаю и восхищаюсь))) Хотя знаю,что есть те,кто её не любит и считают чуть ли не бл....  :confused:

Она такая мася))) Очень давно её слушаю,куча любимых песен...в общем,Айкуся  :love:  :love:  :love:  :love:

увеличить

увеличить

0

20

Akif Islamzade - alagozlum

Ala gozlum, senden ayri geceler
Bir il kimi uzun olur neyleyim
Bagchamizda gizil guller her seher
Tezden achir, vahtsiz solur neyleyim

Nergizlerin gozu yashla dolanda
Benovsheler baxib gemgin olanda
Gerenfiller gozu yolda galanda
Yasemenler sachin yolur, neyleyim

Chicheklerin chekir gozu intizar
Ayriligdan beter dunyada ne var?
Yaz axshami seni bil ki bu Nigar
Hezin-Hezin yada salir, neyleyim

ez gelsen, belke elac verersen,
Sunbullerin sachin yigib horersen
hichekleri gelib ozun derersen
Yolda galib baxishlari, neyleyim?

0


Вы здесь » Форум Азербайджанских жен AZ-love.ru » Тексты азербайджанских песен » Тексты азербайджанских песен